Rusiyaya məxsus “Su-27” qırıcı təyyarəsi Qara dənizə düşüb
Tarix: 26.03.2020 | Saat: 00:34:00 | E-mail | Çapa göndər



Rusiyaya məxsus “Su-27” qırıcı təyyarəsi Qara dəniz üzərində radarlardan itib. TASS agentliyi bildirir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Məlumatda bildirilir ki, martın 25-də yerli vaxtla saat 20:10 radələrində planlaşdırılmış uçuşlar həyata keçirən “Su-27” qırıcı təyyarəsi Feodosiyadan 50 kilometr məsafədə, Qara dəniz üzərində radarlardan itib.
İlkin məlumatlara görə, təyyarə dənizə düşüb. Pilotun axtarışına və xilas edilməsinə Cənub Hərbi Dairəsinin axtarış və xilasetmə xidmətinin qüvvə və vasitələri, o cümlədən “An-26” təyyarəsi və “Mi-8” helikopteri cəlb olunub.
Əməliyyat bölgəsində hökm sürən əlverişsiz hava şəraiti axtarış işlərini çətinləşdirir.
Əli Babayev




 
Bölməyə aid digər xəbərlər
07.07.2020
Sabirabadda baş həkimin oğlu avtomobillə ana və qızını vuraraq öldürüb
07.07.2020
Xaçmazda 2 yaşlı qız hovuzda boğulub
07.07.2020
Nehrəmdə avtobus aşıb, ölən var
07.07.2020
Universitetinin kafedra müdiri koronavirusdan öldü
06.07.2020
Bakıda DƏHŞƏT: uşaq 5-ci mərtəbədən yıxıldı

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb
3 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”
4 Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq
5 Asan plov -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info