Yaddan çıxarmayaq ki, milli həmrəylik artıq bizim şüarımız, həyat yolumuzdur
Tarix: 26.03.2020 | Saat: 10:48:00 | E-mail | Çapa göndər


İyirmi birinci əsrin gözləmədiyimiz, xəyalımıza belə gətirmədiyimiz bir bəlası, zərrəcikdən də kiçik bir virus dünyanı silkələdi və hələ bundan sonra da dünya düzənini bütünlüklə dəyişəcəyi ultimatumunu da verməkdən çəkinmir. Bu gün dünyada informasiya bolluğu olsa da, hər kəsin sualı birdir: "Axı bu necə ola bilərdi? Elmi texnoloji sürət əsrində inkişafın qlobal və sıçrayışlı transformasiyasında, milyardlarla dolların xərcləndiyi tibbi-bioloji tədqiqatlar fonunda necə oldu ki, dünya elektron mikroskoplarda milyon dəfələrlə böyüdülərək görünən bir zərrəcik virusun əsirinə çevrildi. Hesab edirəm ki, elə bu sualın cavabını biz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın koronavirusla əlaqədar xalqa ünvanladığı müraciətində tapa bilərik. Hörmətli Mehriban xanım müraciətində xalqımızı bu bəla ilə mübarizədə həmrəyliyə, birliyə çağıraraq bu bəlaya xalqımızın malik olduğu ən yüksək xüsusiyyətləri ilə qalib gələcəyimizə əmin olduğunu bildirdi. Eyni zamanda da təəssüflə qeyd etdi ki, dünyamız bu cür sürprizlərdən sığortalanmayıb, əsl reallıq fərqlidir.
Nasim Nikolas Talibin (Livan-Amerika əsilli yazıçı, akademik, statistik, keçmiş tacir və risk analisti) müzakirələrə səbəb olan "Qara Qu Quşu" kitabı dünyada hökm sürən bugünkü reallığı özündə əks etdirir. Müəllif öz kitabında yazır ki, hamı özünü təhlükədən qorumaq istəyir. Müdafiə üsullarından biri riskləri qiymətləndirmək və onları idarə etməkdir. Bizim nə qədər səy göstərməyimiz vacib deyil, hər hansı bir riski dəqiqliklə proqnazlaşdırmaq qeyri-mümkündür. Həqiqətən, filosof hesab edir ki, dünya düzəni gözlənilməyən hadisələr üzərində qurulub ki, bunların əslində heç bir məntiqi izahı yoxdu. Bu məntiqi kimin qəbul edib etməməsindən asılı olmayaraq, sadə bir həqiqəti və reallığı ölkəmizdə hamımız qəbul edirik ki, Prezidentimiz cənab İlham Əliyev xalqımızın bu bəladan ən az itki ilə qurtulması üçün dövlətimizin illər boyu qazanmış olduğu güc və qüdrətini səfərbər edib. Bu həqiqəti hamımız qəbul edirik. Belə ağır günlərdə ardıcıl olaraq görülmüş tədbirlər həm iqtisadi, həm də sağlamlıq risklərinin önlənməsi üçün maliyə və digər resursların ən yüksək səviyyədə səfərbər olunması, ən pis gedişata belə hazırlıqlı olmağımız əhalimizdə ruh yüksəkliyi, arxayınlıq yaradıb. İnsanlarımız bəzi hallarda sosial məsuliyyətini hələ də tam icra etmirlər. Ancaq bir məsələni unutmayaq ki, bizim sosial məsuliyyətimizə ciddi yanaşmağımız bəşəriyyətin, insanlığın xilasına kömək edəcək. Bəli, bu porodoksal həqiqətlər qarşısında, bütün dünyanın bu yeni ölümcül virusa qarşı birləşib mübarizə yollarını axtardığı bir zamanda biz əlavə də olaraq koronaviruslar ailəsinin köhnəlmiş A QRİPİ kimi movsümi olaraq gəlib gedən, heç bir vaksinlə immunitet qazanmayacaq bir “virus”a- Əli Kərimli və trolları virusunun qarayaxma, dezinfrmasiya yaymaq kimi simptomlarının müalicəsinə də izafi vaxt ayırmış oluruq. Onsuz da belə "mikrob" və "viruslar" illər boyu ölkəmizdə aparılan eks sanitar epidemioloji dezinfeksiya və deratizasiya tədbirləri ilə neytrallaşdırılıb zəif virulent hala gətirilib. Sadəcə bir həqiqət də var ki, axı bunlar virusdur zaman keçdikcə ştammlarını dəyişir və Qərbdəki ağalarının laboratoriyalarında mutasiyaya uğradılır və "milli viruslar" formasında mənsub olduqları ölkələrinə parazitlər şəklində yayılırlar. Bu fürsətçilər pusquda durublar ki, bir çatışmazlıq olsa, tez ona qidalı mühit kimi hopum və qidalanım. Ancaq bu "virusların" qidalanmaq muhiti artıq sona çatdı. Çünki dünya bu bəlaya qarşı birləşib. Bildirmək lazımdır ki, ay Əli Kərimli, sənin dünyaya demokratiya, insan haqqları adı altında dünyanı, ölkələri dağıdan beyin mərkəzlərinin olduğu Avropa belə bu virusun əsirinə çevrilib. Müxtəlif adlarla sanksiyalar tətbiq etdikləri dövlətlərdən yardım istəyirlər, onların köməklərinə ehtiyac duyurlar. Heç olmasa dünya düzəninin bu həqiqətini gör və düşün ki, sizin kimilərinin bazarı onsuz da bağlanıb. Bazarlıq eləməyə bir kimsə yoxdur artıq... Çünki ağaların karantin altındadır. Qoy bunu xalqımız da bilsin və sizləri daha yaxşı tanısın ki, sizin mahiyyətiniz dağıdıcılıqdır. 30 ildir mutasiya oluna- oluna müxtəlif formalara düşmüsünüz, eybəcərləşmisiniz. Ancaq tarixin bugünki dərsində Azərbaycan və onun rəhbəri Prezident cənab İlham Əliyev və bu məsuliyyətli günlərdə xalqının narahatçılığını bir azərbaycanlı xanımı, bir ana nigaranlığı ilə yaşayan Birinci vitse-prezident Mehriban xanım Əliyeva bəşəriyyətin, insanlığın xilaskarları sırasında ön cərgədə olacaqdır.Yaddan çıxarmayaq ki, milli həmrəylik artıq bizim şüarımız, həyat yolumuzdur.
Millət vəkili İlham Məmmədov




 
Bölməyə aid digər xəbərlər
28.03.2020
ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1.7 milyon dollar yardım ayırıb
27.03.2020
Əlahiddə Ümumqoşun Orduda praktiki atışlar keçirilib - VİDEO
27.03.2020
Deputatlar iclas zalında bir-birindən iki metr aralıda oturacaqlar
27.03.2020
DSX: Sərhəddə növbəti erməni təxribatının qarşısı alınıb
27.03.2020
Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlandı

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11483

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Tural İsmayılov: “Azərbaycan dövləti ölkənin və əhalinin zərər çəkməməsi üçün bütün resursları səfərbər edib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info