“Pandemiyanın pik dövrü yaxınlaşır“
Tarix: 26.03.2020 | Saat: 16:04:00 | E-mail | Çapa göndər



Bunu Fransa prezidenti Emmanuel Makron Müluz şəhərindəki səyyar hərbi xəstəxanadan çıxış edərək deyib.


Fransa prezidenti Emmanuel Makron Müluz şəhərindəki səyyar hərbi xəstəxanadan çıxış edərək, tibb işçilərinin pul mükafatı ilə təltif olunacaqlarını, eləcə də əlavə iş saatlarının ödəniləcəyini bildirib.
"Covid-19"a ən çox məruz qalmış Müluz şəhərində yaradılmış səyyar hərbi xəstəxanaya baş çəkən Fransa prezidenti sanitar böhrandan sonra xəstəxanalara kütləvi investisiya yatırılacağını və onların büdcələrinin artırılacağını vəd edib.
Prezident Makron "Covid-19 ilə mübarizədə ön cəbhədə “vuruşan” tibbi heyətə, eləcə də 2-ci cəbhə olaraq çalışan tədarükçülərə, ərzaq mağazalarında olan kassirlərə və 3-cü cəbhədə - evdən distant işləyənlərə verdikləri dəstəyə görə təşəkkürünü bildirib.

Prezident bu görünməz düşmənə qarşı “müharibə”yə, eləcə də ölkəni parçalamaq istəyənlərə qarşı mübarizə aparmaq üçün xalqı birliyə çağırıb. Artıq özünü göstərməyə başlayan və yaxınlaşmaqda olan epidemiyanın pik dövründə əhaliyə yardım etmək üçün hərbi qüvvələrin səfərbər olunacağı “Résilience” (uzun müddət müqavimət göstərəcək) adlanan hərbi əməliyyatların başlanacağını diqqətə çatdırıb. Bildirib ki, indiki çətin vəziyyətdə yalnız bir ideya olmalıdır: birgə olmaq. Yalnız birlik sayəsində ölkə görünməz düşmənlə mübarizədə qalib çıxacaq.
Qeyd edək ki, Fransada Nazirlər Şurası 1958-ci ildən bəri ölkədə heç vaxt görünməmiş 25 sərəncam imzalayıb. Bu sərəncamlarda nəzərdə tutulan tədbirlər yalnız sanitar böhran müddətində tətbiq ediləcək. Ölkənin baş naziri Eduard Filip bildirib ki, getdikcə daha böyük iqtisadi və sosial sarsıntılar olacaq. Çünki ölkə hələ böhranın başlanğıcındadır.
Xatırladaq ki, Fransada korona virusuyla bağlı yaradılmış elmi şura karantin vəziyyətinin ən azı 6 həftə davam edəcək. Vəziyyətdən asılı olaraq bu müddətin uzadılması ehtimalı var.
Əli Babayev




 
Bölməyə aid digər xəbərlər
04.04.2020
“Bazar Rusiya və Səudiyyə Ərəbistanını neft hasilatı azaltmağa vadar edəcək“
04.04.2020
Dünyada koronavirusa yoluxanların sayı 1,1 milyon nəfəri keçib, 58 929 nəfər ölüb
04.04.2020
Almaniyada koronavirusa yoluxanların sayı 85 mini ötüb
03.04.2020
Fransada koronavirusdan ölənlərin sayı 6,5 min nəfəri keçib
03.04.2020
Türkiyədə koronovirusdan ölənlərin sayı 425-ə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11494

1 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
2 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
3 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
4 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
5 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info