Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
Tarix: 26.03.2020 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibini təqdim edirik:
Biləsuvar Rayon İcra Hakimiyyəti bildirir ki, 24 mart 2020-ci il tarixdə YouTube-də yayımlanan Abatv.az kanalında “Biləsuvarın icra başçısı vətəndaşlara belə zülm edir” başlıqlı video materiala qeyd olunanlar tamamilə şər və böhtan xarakterli olmaqla vəzifəli şəxsləri ləkələmək məqsədi daşıyır. Bu kanalada gedən materiallara baxdıqda açıq aydın görünür ki, respublikanın bütün şəhər, rayon icra hakimiyyətlərinin və digər dövlət orqanlarının fəaliyyətlərinə məqsədli şəkildə qara yaxma həyata keçirildiyini görürük. Bu da aydındır ki rüşvət çirkabına bulaşmış kanal reketlik etməklə asan gəlir mənbəyi tapmaq üçün ayrı-ayrı vəzifəli şəxsləri hədəfə alır. Videoda rayonda su və kanalizasiya işlərinin görülməsi zamanı Bəydili və Xırmandalı kənd yollarının bağlanması bildirir.Təbiidir ki, bu işlərin aparıldığı dövrdə Bəydili və Xırmandalı kəndlərinə gedən yollar müvəqqəti olaraq tikinti işləri ilə əlaqədar bağlanmışdır. Lakin həmin kəndlərə gediş-gəliş üçün alternativ yollardan istifadə edilirdi. Bu işlər başa çatdıqdan sonra Bəydili və Xırmandalı kəndlərinin yolları da daxil olmaqla rayonun bütün kəndlərarası yolları tam asfaltlaşdırılmışdır. Videoda aparıcı tərəfindən kommunal sahədə çalışan şəxslərin kartlarının guya ayrı-ayrı vəzifəli şəxslərdə olması bildirilsə də, qeyd olunmalıdır ki, bu işçilərin iş yerlərinin dislokasiyası tərtib olunmuş və hər bir işçi ona ayrılmış ərazinin təmizliyinə cavab verir. İşçilərin işə davamiyyəti və iş yerləri mütəmadi olaraq rayon icra hakimiyyəti və digər aidiyyəti qurumlar tərəfindən dəfələrlə yoxlanılmış və hazırda da nəzarətdə saxlanılır. Qeyd edirik ki, Rayon Mərkəzi Xəstəxanasında əsaslı təmir və yenidənqurma işləri Səhiyyə Nazirliyi tərəfindən, Nizami adına şəhər 1 saylı tam orta məktəbinin tikintisi isə Təhsil Nazirliyi tərəfindən aparıldığı halda videoda bütün bu işlərdə rayon icra hakimiyyətinin adının hallanması tam qərəzlidir. Hər iki müəssisə ölkə başçısının aidiyyəti nazirliklərə ayırdığı vəsaitlər hesabına inşa olunmuşdur. Məlumatı səsləndirən jurnalist məktəbin mişar daşlarının “Yaşıl ada” aqroparkının tikintisində istifadə edildiyini bildirəndə başa düşmür ki, ”Yaşıl ada” aqroparkı 2016-ci ildə, Nizami adına şəhər 1 saylı tam orta məktəbinin yeni binası isə 2019-cu ildə tikilmişdir. Hazırlanan sujetdə aparıcı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bir sıra yerli icra hakimiyyəti orqanlarında baş vermiş neqativ hallarla bağlı sərt və qətiyyətli mövqeyindən özünün çirkin məqsədləri üçün istifadə etməyə çalışır. Videoda aparıcı tərəfindən ünvanımıza səsləndirilmiş digər fikirlərlə bağlı bildiririk ki, onların heç biri həqiqətə uyğun deyildir, böhtan xarakterli və qərəzlidir. Abatv.az-ın rəhbərliyinin diqqətinə çatdırırıq ki, onun jurnalistlərə verilən səlahiyyətlərdən sui-istifadə edərək ayrı-ayrı vəzifəli şəxsləri, o cümlədən rayon icra hakimiyyətinin rəhbərliyini nüfuzdan salmağa və şərləməyə çalışaraq çirkin məqsədlər güdən bu fikirlərinə görə məhkəməyə veriləcək, onların hər biri bu şər və böhtanlara görə cavab verməli olacaqdır.




 
Bölməyə aid digər xəbərlər
03.04.2020
Karantin qaydalarını pozan sürücü və sərnişinlər ciddi cəzalandırılır
03.04.2020
DSX: Qazax istiqamətində təxribatın qarşısı alınıb
03.04.2020
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxub
02.04.2020
SMS-lər üçün operatorlara ödənilməsi nəzərdə tutulan vəsait dövlət hesabına ödəniləcək
02.04.2020
Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat xidmətinin məlumatı

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11494

1 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
2 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
3 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
4 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
5 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info