Dövlət Turizm Agentliyinin sədri turizm sənayesinin nümayəndələrinə müraciət edib
Tarix: 26.03.2020 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin turizm sənayesinin nümayəndələrinə müraciət edib.
Palitra-nın məlumatına görə, müraciətdə deyilir:
"Hörmətli turizm təmsilçiləri və turizm sahəsində fəaliyyət göstərən sahibkarlar!
Ötən müraciətimizdə biz ümumi gedən proseslərdən, işçilərin ixtisarı və bu kimi bir sıra neqativ faktlardan xəbərdar olduğumuzu bildirdik, sahibkarları sosial məsuliyyətə dəvət etdik, cəmiyyətin və dövlətin rifahı naminə hər kəsi birliyə çağırdıq. Sevindirici haldır ki, bir çox sənaye nümayəndələri hazırkı çətin dövrdə sosial məsuliyyətin əhəmiyyətini anlayaraq çağırışımıza müsbət cavab verdilər.
Bu hal dövlət tərəfindən yüksək qiymətləndirilir. Sosial məsuliyyətə əməl edərək sənayenin gələcək inkişaf perspektivlərini nəzərə alan sahibkarlar dövlətin diqqətindədir və tətbiq olunan məhdudiyyətlərin turizm sənayesinə təsirlərinin azaldılması istiqamətində ilk iş məhz sahibkarlara dövlət dəstəyinin verilməsi olacaqdır.
Biz sənayenin digər üzvlərini də sosial məsuliyyətlilik sərgiləyən, sosial-mənəvi öhdəlikləri yerinə yetirən sənaye təmsilçilərinə qoşulmağa dəvət edirik. Bildiyiniz kimi, hazırda həm Bakıda, həm də regionda bir sıra hotellər xaricdən qayıdan vətəndaşlarımızı karantin rejimində yerləşdirilməsi üçün istifadə olunur. Bu məqsədyönlü addım ümumilikdə vətəndaşların təhlükəsiz şəraitdə sağlamlığını qorumaqla yanaşı hotellərin doluluğunu da təmin edir.
Biz karantin rejimində vətəndaşlara xidmət göstərən hotellərin bütün sıravi işçiləri və rəhbərliyi daxil olmaqla işçi heyətinə təşəkkür edir, bu çətin və məsuliyyətli dövrdə göstərdikləri fədakarlığa və əzmə görə minnətdarlığımızı bildiririk.
Əmin ola bilərsiniz ki, Dövlət Turizm Agentliyinin əməkdaşları, bütün aidiyyatı dövlət qurumları ilə birlikdə qlobal böhran nəticəsində ölkəmizin turizm sənayesinə dəyən zərərin minimuma endirilməsi üçün bütün gücləri ilə çalışırlar və ən qısa müddətdə sənayeyə dövlət tərəfindən göstəriləcək dəstək mexanizmləri ilə bağlı işlər yekunlaşacaq. Cənab Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın daim xüsusi diqqət və qayğı göstərdiyi bir sahə olaraq turizmin böhrandan sonrakı dövrdə daha sürətlə inkişaf edəcəyinə inanırıq.
Azərbaycanı turizm ölkəsinə çevirmək üçün bu günədək nümayiş etdirdiyimiz həmrəyliyimizi ölkəmizin və cəmiyyətimizin qarşılaşdığı bu çətin günlərdə də göstərməliyik.
Bir daha tövsiyələrə və çağırışlara müsbət cavab verən bütün sahibkarlara təşəkkür edir, hər kəsi sosial məsuliyyətlilik nümayiş etdirməyə çağırırıq.
Əminliklə bildiririk ki, gücümüz birliyimizdədir və məhz birlikdə bütün çətinliklərin öhdəsindən gələrək daha böyük işlərə imza ata bilərik".
Nigar




 
Bölməyə aid digər xəbərlər
04.04.2020
Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
03.04.2020
Azərbaycana gələn əcnəbilərin sayı artıb
27.03.2020
Turizm sektoruna dəstəklə bağlı təkliflər hazırlanıb
20.03.2020
Birləşmiş Ərəb Əmirliklərində turizm obyektlərinin fəaliyyəti dayandırılıb
15.03.2020
Turistlərə elektron vizaların verilməsi qaydalarında dəyişiklik edilir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11494

1 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
2 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
3 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
4 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
5 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info