Koronavirus pandemiyası Avropada cinayət statistikasına ciddi təsir göstərib
Tarix: 28.03.2020 | Saat: 01:47:00 | E-mail | Çapa göndər



Hazırda bütün dünyada gündəmin əsas xəbəri olan koronavirus pandemiyası həyatın bir çox sahələri kimi, cinayətkarlığın artmasına da səbəb olub. Cinayətkarlar öz qurbanlarının qorxu və təlaşından məharətlə istifadə edir, insanları aldadır və müxtəlif fırıldaqlara əl atırlar.


AZƏRTAC xəbər verir ki, Avropanın “Avropol” polis təşkilatının yaydığı hesabatda cinayətlərin saxta dərman və “möcüzəvi maddələr”dən tutmuş müxtəlif kibercinayətlərə kimi geniş spektri əhatə etdiyi qeyd olunub. Olduqca çevik və cəld hərəkət edən cinayətkar qruplar müxtəlif hökumətlərin koronavirus pandemiyası ilə verdiyi qərarlardan öz cinayət əməlləri üçün məharətlə istifadə edirlər. Belə ki, koronavirus böhranı başlayandan bəri Avropada saxta dərman və tibbi ləvazimatların, xüsusilə də maska və qoruyucu geyimlərin satışı bir neçə dəfə artıb. Cinayətkarlar maska və dezinfeksiya məhlullarının çatışmazlığından istifadə edərək bazara saxta məhsullar çıxarırlar. Təkcə mart ayı ərzində 90 ölkəni əhatə edən transmilli əməkdaşlıq nəticəsində polis orqanları 4,4 milyon saxta dərman və 34 min saxta cərrahiyyə maskasının satışının qarşısını ala bilib.

Bundan başqa, Avropa şirkətləri qoruyucu tibbi geyim və dezinfeksiya məhlulları almaq üçün indiyədək Sinqapurda qeydiyyatdan keçmiş saxta şirkətə 6,6 milyon avro vəsait köçürüblər və fırıldaqçılar heç bir məhsul göndərmədən yoxa çıxıblar.

Bəzi hallarda isə özlərini rəsmi qurumların nümayəndəsi kimi təqdim edən və müvafiq qoruyucu geyimdə olan şəxslər vətəndaşlara müraciət edərək, epidemioloji vəziyyətə nəzarət adı altında mənzilə baxış keçirməli olduqlarını bildirir və bu yolla evlərə daxil olaraq, onları qarət edirlər. Koronavirus infeksiyasına qarşı müxtəlif “möcüzəvi dərmanlar“ satan, epidemiya qurbanlarına yardım adı altında insanlardan pul yığan dələduzluq faktları isə ”yumşaq” cinayətlər kateqoriyasında yer alır.
Eyni zamanda, qeyd edilməlidir ki, böhran zamanı əks tendensiyaların baş verdiyi hallar da mövcuddur, yəni İtaliya və İspaniyada cinayətlərin sayı azalıb. İtaliyada 1-22 mart aralığında törədilən cinayətlərin sayı digər ayların orta göstəricisindən 64 faiz az olub.
Kibercinayətkarların “sevimli“ sahələrindən biri də şirkətlərin məlumat bazası və daxili şəbəkələridir. İşçilərini evdən işləməyə icazə verən şirkətlər daxili şəbəkəyə daxil ola bilmək üçün onları girişlə təmin edir və bu da bəzən sistemdə boşluqlara yol açır. Bu boşluqlardan istifadə edən kibercinayətkarlar olduqca həssas məlumatları ələ keçirməyə çalışırlar.




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Koronavirus peyvəndi ilin sonunadək hazır ola bilər
27.05.2020
Suriyada partlayış baş verib, türk hərbçisi həlak olub
27.05.2020
Donald Trampın bu ölkədən əsgərlərinin çıxarılmasına dair iddialara cavabı
27.05.2020
İranda daha 56 nəfər koronavirusdan ölüb
27.05.2020
Avstraliyada koronavirus əleyhinə peyvəndin insan üzərində sınaq prosesi başlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
3 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
4 Energetika nazirinə yeni müavin təyin olunub
5 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info