Azərbaycan epidemiyanın qarşısını almaq üçün fəal tədbirlər həyata keçirir
Tarix: 28.03.2020 | Saat: 13:09:00 | E-mail | Çapa göndər



Çin Xalq Respublikasının (ÇXR) Dövlət Şurasının dövlət müşaviri, Xarici İşlər naziri Van İn Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarova teleqram ünvanlayıb.

Nazirliyin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, teleqramda Van İn yeni koronavirus pnevmoniyası başlayandan bəri Azərbaycan tərəfinin epidemiya ilə mübarizədə Çinə güclü dəstək verdiyini qeyd edir və bu xüsusda Çinin dərin minnətdarlığını ifadə edir.
Hazırda yeni koronavirus sətəlcəm epidemiyasının getdikcə dünya miqyasında yayıldığını və Azərbaycanda təsdiqlənmiş halların artdığını qeyd edən Van İn ÇXR Xarici İşlər Nazirliyi və şəxsən öz adından dost Azərbaycan xalqına başsağlığı verir və bütün xəstələrin erkən sağalmasını arzu edir.
Teleqramda qeyd edilir ki, Çin və Azərbaycan yaxın dost və yaxşı tərəfdaşdırlar. Azərbaycan tərəfi epidemiyanın qarşısını almaq və nəzarət etmək üçün fəal tədbirlər həyata keçirir. Çin bu məqsədlə öz imkanları daxilində yardım göstərməyə və epidemiya vəziyyəti, qarşısının alınması və nəzarət təcrübəsi, eləcə də tibbi müalicə ilə bağlı Azərbaycan tərəfi ilə sıx əlaqə saxlamağa hazırdır.
“Biz inanırıq ki, Azərbaycan tərəfi ən qısa müddətdə epidemiyanı aradan qaldıracaq və Çin-Azərbaycan münasibətləri yeni və daha böyük inkişafa başlayacaq”, - deyə dövlət müşaviri vurğulayır.




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
AİHM-in qərarı erməni “təbliğat maşını”nın növbəti fiaskosudur
27.05.2020
Bu gün Azərbaycan ən nüfuzlu və sürətlə inkişaf edən dövlətlər sırasına daxildir
27.05.2020
Ermənistanın Azərbaycana qarşı Avropa Məhkəməsi ilə bağlı nə isə tələb irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur
27.05.2020
Avropa Məhkəməsinin Ramil Səfərovun işi ilə bağlı qərarı Azərbaycanın üzərinə heç bir beynəlxalq hüquqi öhdəlik qoymur
27.05.2020
Azərbaycanın müstəqilliyi dönməz və əbədidir!

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
3 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
4 Energetika nazirinə yeni müavin təyin olunub
5 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info