Həkimdən koronavirusla mübarizədə dəyərli məsləhətlər!
Tarix: 29.03.2020 | Saat: 14:11:00 | E-mail | Çapa göndər


Tibbin, ümumilikdə elm aləminin aciz qaldığı yeni növ koronavirus(COVID-19) bütün dünyada durmadan yayılır. Hələlik dərman və vaksini tapılmayan bu yeni növ virusun az yayılması üçün isə ən effektiv yol insanların sosial izolyasiyası, evdən çölə maksimum az çıxmalarıdır. Həkimlər isə korona virsun ağır fəsadlar törətməməsi üçün bir neçə effektiv yol və üsulun olduğunu deyirlər. Pediatr Günay Rəsulova verdiyi açıqlama qeyd edir ki, bütün dünyanı az qala iflic vəziyyətinə salan koronavirusdan qorunmada, orqanizmin virusa qarşı immunitetini artırmada əsas effektli olan, yetərli miqdarda günəş işığı alıb, D vitamini, C vitamini və Zinc tərkibli qidalardan bol bol istifadə etməkdir: “D vitamini əhəmiyyətli dərəcədə immuniteti artıran hormon olduğu üçün koronavirus epidemiyası zamanı bu vitaminin əhəmiyyəti birə-beş artır. Bu vitamin əksikliyi olanlar isə D vitaminini həkimlə məsləhətləşərək müalicəvi dozada qəbul etməsi mütləqdir!
Aparılan tədqiqatların nəticələrinə görə serumda 25(OH)D-in konsentrasiyasının 50 ng/ml-dən yüksək olanların virus xəstəliklərinə yoluxma riski 27% daha azdır!
Bundan irəli gələrək, müəlliflər ehtimal edir ki, Vitamin D-nin qəbul edilməsi ilə serumda 25(OH)D-nin konsentrasiyasının artırılması hesabına, qripdən, pnevmoniyadan və koronavirusdan ağırlaşma hallarını azaltmaq olar! Yüksək doza Vitamin C alımı həmçinin viruslarla mübarizədə orqanizmə kömək edir ki, təbii şəkildə qəbul olunmuş vitamin C tərkibli qidalar rasionda bol olmalıdır. Zinc isə immun sistemini kritik gücləndirən əsas mikroelementdir. Orqanizmdə zinc miqdarı çox azdır. Amma bir çox xəstəliyin atladılmasında zinc ciddi əhəmiyyətli rol oynayır. Zinc əsasən balıq məhsullarında olub, bu dönəm qida əlavəsi kimi də qəbul edilməsi tövsiyyə edilir”.
O zinclə zəngin olan qidaları da tövsiyyə edib. Bunlar
balıq, buğda toxumu, ət məhsulları (ən çox hind toyuğu və quzu əti) günəbaxan tumu, balqabaq tumu (100 qramda 6,6 mg zinc), qoz, badam, süd, yumurta, sarımsaq, yer fındığı,dana qaraciyəri,ispanaq,kakao, ağ göbələk,lobya və s.-dir. Vitamin C ilə zəngin qidalar isə bütün növ meyvə və tərəvəzlər, göyərti, sitrus meyvələri, zəncəfil və s.-dir Həkim dönə-dönə qeyd edir ki, bunalrdan tez-tez, balanslı və normal miqdarında qəbul etməyə çalışın.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Nəyə görə kişilər acı qırmızı bibər yeməlidir - 5 aydası
24.05.2020
Yeganə Rəşidova: Tiklər oğlan uşaqları arasında daha çox müşahidə olunur
23.05.2020
Ürək xəstəliklərindən qorunmağın səmərəli üsulu açıqlanıb
23.05.2020
Kavasaki sindromunun ən qorxulu ağırlaşması...
21.05.2020
Baş ağrısına hansı dərmanlar təsirlidir?

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Qiyməli pendirli yemək resepti -VİDEO
3 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
4 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
5 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info