Daha bir təşkilat Şuranın “Evdə qal, Cəmiyyəti qoru” kampaniyasına qoşuldu
Tarix: 29.03.2020 | Saat: 14:48:00 | E-mail | Çapa göndər


“Təmsil etdiyimiz təşkilat da könüllü şəkildə Azərbaycan Respublikası Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının başlatdığı “Evdə qal, Cəmiyyəti qoru” kampaniyasına, eyni zamanda Şura sədri Azay Quliyevin 2020-ci il qrant müsabiqəsində qalib gəlmiş layihələrin bir qisminin koronavirusla mübarizə istiqamətinə dəyişdirmək çağırışına qoşulub”.
Bunu açıqlamasında “Aktor” İctimai və Sosial Təqdqiqatlar İctimai Birliyinin sədr müavini Telman İsa (Məmmədov) bildirib. Sədr müavini hər iki təşəbbüsü dəstəkləyərək, bu addımların indiki dönəmdə zəruri olduğunu diqqətə çatdırıb:
“Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərdə QHT-lərin yaxından iştirakını təmin etmək üçün növbəti mühüm təşəbbüslə çıxış etməyə qərar verib. Bu məqsədlə Şura sədri, millət vəkili Azay Quliyev QHT-lərə və birgə qrant müsabiqəsi keçirəcək qurumlara müraciət edib. Azay müəllim 56 layihənin mövzularını və fəaliyyət planını dəyişərək koronavirusla mübarizə tədbirlərinə yönəltməyi təklif etmişdi.Hesab edirəm ki, olduqca düzgün və vaxtında verilmiş qərardı.
Xatırladım ki, sözügedən layihələr içərisində təşkilatımızın mövzusu da uyğunluq təşkil edib. Məsələ ilə bağlı təşkilat daxilində görüş keçirdik və birmənalı şəkildə Şura sədrinin təklifinin dəstəklənməsinə qərar verdik. Hazırda layihəmizin, Fəaliyyət Planının koronavirusla mübarizə istiqamətinə dəyişdirilməsi işləri gedir. Bu məsələdə Azərbaycan Respublikası Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, həmçinin birgə keçirən qurum qismində çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin hörmətli və peşəkar koordinatorlarının, ekspertlərinin təkliflərinə, dəstəyinə ümid edirik”.
Sonda təşkilat təmsilçisi xalqımızın təhlükəsizliyinin və sağlamlığının qorunması naminə üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəklərinə əminlik ifadə edib.

#EvdeQalCemiyyetiQoru #CemiyyetiQoru #Şura #QHT #VətəndaşCəmiyyəti #Yenicag #realtv #evdeqal




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Ölkədə aktiv xəstələrlə yanaşı, ağır vəziyyətdə olanların da sayı artıb
29.05.2020
Dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunur
29.05.2020
COVID-19 infeksiyasına qarşı mübarizədə ictimai nəzarət sistemi yaradılıb
29.05.2020
QMİ sədri BMT-nin beynəlxalq video-konfransında iştirak edib
29.05.2020
Sakinlərin nəzərinə! Bu tarixdə küçəyə çıxmamaq tövsiyə olunur

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info