“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi koronavirusla mübarizə tədbirlərinə qoşulur
Tarix: 29.03.2020 | Saat: 14:50:00 | E-mail | Çapa göndər


Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərdə QHT-lərin yaxından iştirakını təmin etmək üçün bəzi layihələrin mövzularını və fəaliyyət planını dəyişərək koronavirusla mübarizə tədbirlərinə yönəltməyi təklif edib.
Bu təklif QHT-lər tərəfindən müsbət qarşılanıb və xeyli sayda təşkilat da könüllü olaraq, öz layihələrinin də mövzularını dəyişərək bu işə töhfə vermək qərarına gəlib.
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi də bu təşəbbüsə qoşulub. Bu barədə QHT.az-a təşkilatın sədri Ruhiyyə Məmmədova məlumat verib.
“Bizim təşkilat da Şura sədri Azay Quliyevin çağırışına qoşularaq, 2020-ci il qrant müsabiqəsində qalib gələn layihəmizi koronavirusla mübarizə istiqamətinə dəyişdirməyi qərara aldıq."
Eyni zamanda təşkilatımız fəal olaraq QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV tərəfindən başladılan ölkəmizdə koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə "Evdə qal, cəmiyyəti qoru" adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına da qoşulur – deyə Ruhiyyə Məmmədova bildirib.




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Ölkədə aktiv xəstələrlə yanaşı, ağır vəziyyətdə olanların da sayı artıb
29.05.2020
Dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunur
29.05.2020
COVID-19 infeksiyasına qarşı mübarizədə ictimai nəzarət sistemi yaradılıb
29.05.2020
QMİ sədri BMT-nin beynəlxalq video-konfransında iştirak edib
29.05.2020
Sakinlərin nəzərinə! Bu tarixdə küçəyə çıxmamaq tövsiyə olunur

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info