Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
Tarix: 29.03.2020 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


“Azərbaycan həkimləri qəhrəmanlıqla bu virusa qarşı sözün həqiqi mənasında döyüşürlər”


“Hazırda da davam edən dövlətin ən yüksək səviyyədə gördüyü bu tədbirlər vətəndaş məsuliyyəti ilə harmoniyada olmalıdır. İndiki situasiyada vətəndaş həmrəyliyi mütləq və vacibdir”

Son ayların ən böyük bəşəri bəlasına çevrilən yeni növ koronavirus (COVID-19) son günlərdə Azərbaycan üçün də bir nömrəli narahatlıq doğuran məsələyə çevrilib. Hazırda yeni növ koronavirus(COVID-19) ölkəmizdə bir çox Avropa və ümumilikdə dünya ölkələrindən fərqli olaraq geniş şəkildə yayılmayıb. Sosial izolyasiya və digər mühüm tədbirlər, qərarlar sayəsində hazırda Azərbaycan bu bəladan az zərər görən ölkələr sırasındadır. Bunun da bir sıra səbəbləri var. Burada dövlətin zamanında önləyici tədbirlər görməsindən tutmuş, stabil və güclü iqtisadiyyat, müasir səhiyyə infrastrukturu amili və nəhayət mili həmrəylik məsələsi də əsas rol oynayır. Təsadüfi deyil ki, ölkə başçısı da verdiyi son açıqlamada dövlətin bu günə kimi əldə etdiyi bütün uğurların əsasında milli həmrəylik, milli birlik, xalq-iqtidar birliyi amilinin dayandığını söyləyib: “Bu birlik və həmrəylik müxtəlif dövrlərdə ən mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyə, bütün sınaqlardan üzüağ, şərəflə çıxmağa imkan verib”. O həmçinin qeyd edib ki, milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir.
Mütəxəssislər də qeyd edirlər ki, vətəndaşların məsuliyyətli davranışı, dövlətdən gələn çağırışlara anında müsbət reaksiya verməsi həmrəyliyin bir nümunəsi kimi qiymətləndirilməlidir. O da bildirilir ki, həqiqətən də Azərbaycanda qabaqlayıcı tədbirlərin görülməsinin nəticəsidir ki, bu gün virusla bağlı vəziyyət nəzarət altında saxlanılır. Ötən müddət ərzində koronavirusla mübarizə sahəsində çox önəmli addımlar atılıb, görülən bütün işlər, qəbul edilmiş qərarlar isə bir məqsəd güdür: az itkilərlə sınaqdan çıxmaq və maksimum dərəcədə vətəndaşlarımızı qorumaq. Bunu Prezident də çıxışında xüsusi olaraq vurğulayıb!

“Sosial izolyasiyanı pozmaq, qaydalara əməl etməmək nəticədə həmin acınacaqlı situasiyalara apara bilər”

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov da “Palitra”ya verdiyi açıqlamada qeyd etdi ki, indiki halda cəmiyyətdə milli birlik, həmrəylik və məsuliyyət bir nömrəli amildir. Onun sözlərinə görə, ümumilikdə vətəndaşlarımız sosial izolyasiya ilə bağlı çağırışlara müsbət reaksiya verib tövsiyələrə əməl etsələr də, hələ də sosial məsuliyyətini dərk etməyən insanlar var: “Biz tarix boyu öz həmrəyliyimizlə seçilmişik, bir çox xalqlardan üstün olmuşuq. İndi son bir neçə ayda yeni növ koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması ilə bağlı dövlətin gördüyü işlər ölkəmizin bu bəladan ən az zərərlə çıxması üçündür. Hazırda da davam edən dövlətin ən yüksək səviyyədə gördüyü bu tədbirlər vətəndaş məsuliyyəti ilə harmoniyada olmalıdır. İndiki situasiyada vətəndaş həmrəyliyi mütləq və vacibdir. Təəssüflər olsun ki, hələ də cəmiyyətimizdə milli təhlükəsizlik məsələsinə çevrilən bu virusla bağlı çalınan həyəcan təbilini qulaq ardına vuranlar var. Sırf "ürəyim sıxıldı", "2-3 dostla görüşüb-gəzək" ritorikası eqoizm və böyük məsuliyyətsizlikdir. İnsanlar bir şeyi anlamalıdırlar ki, biz evdə qalmaqla təkcə özümüzü yox, bütün ətrafımızı, insanlarımızı qorumuş oluruq. Niyə bəzi vecsizlər anlamırlar ki, bir koronavirusa yoluxan xəstə digər insanlar, öz əzizləri, ailə üzvləri, hazırda ən çox ehtiyac duyduğumuz peşə sahibləri olan tibb personalı-həkim heyətləri üçün də potensial riskdir. Doğrudanmı hələ də evə qapanmayıb müvəqqəti çətinliyə dözməyən bu insanlar sosial izolyasiya şərtlərinə əməl etməyən ölkələrdə nələrin cərəyan etdiyini görmürlər? Dünyanın ən güclü iqtisadiyyatı, elmi tərəqqisi, tibbi olan parlaq ölkələr kimi təbliğatı aparılan coğrafiyalarda saysız yoluxma və ölümlər qarşısında böyük bir acizlik yaşanır. Bütün bunlar ilk günlərdə insanların sosial məsuliyyətsizlik göstərməsinin ağır nəticələridir. Sosial izolyasiyanı pozmaq, qaydalara əməl etməmək nəticədə həmin acınacaqlı situasiyalara apara bilər”.

“Çağırışlara qoşularaq tövsiyə edərdim ki, sosial izolyasiya tədbirləri davam etsin və virusun geniş yayılması ehtimalı olduğu üçün hamı evdə qalsın”

Tural İsmayılov bu gün həyatlarını riskə ataraq böyük qəhrəmanlıqlar göstərən fədakar həkim və tibb işçilərinin də milli təhlükəsizliyimizə böyük töhfə verdiyini xüsusi olaraq vurğuladı. O, virusun yayılma dalğasının Azərbaycana az təsir etməsində aidiyyəti qurumların zamanında operativ addımlar atmasını əsas amillərdən biri saymaqla yanaşı, hazırda xəstəxanalarda müalicə alan koronavirusa yoluxmuş vətəndaşlarımızın durumunun stabil saxlanmasında, bəzilərini sağalmasında tibb heyətinin böyük əməyinin olduğunu bildirdi: “Bu gün Azərbaycan həkimləri qəhrəmanlıqla bu virusa qarşı sözün həqiqi mənasında döyüşürlər. Onlar gecə-gündüz virusun ağır fəsadlar törətməməsi üçün mübarizə aparırlar, bir çox hallarda isə həyatlarını riskə atırlar... Buna görə də hamımız həkimlərə evlərimizdən sosial dəstək aksiyaları keçiririk və bu da davamlı olacaq. Eyni zamanda karantin şəraitinə nəzarət edən polislərimizlə də qürur duyuruq. İndiki çətin şəraitdə onların da üzərinə böyük yük və məsuliyyət düşür. Polislərimiz də milli təhlükəsizliyimiz, vətəndaşların karantinin şərtlərinə uyğun olaraq evdə qalması üçün əlindən gələni edirlər. Biz bütün günü hər yerdə şahidi oluruq ki, polis küçələrdə insanlara çağırışlar edir hətta bir çox hallarda maarifləndirici xarakterli söhbətlər aparandan sonra vətəndaşları evlərinə də ötürürlər... Bir daha qeyd edirəm ki, bir adamın ciddi məsuliyyətsizliyi bəlkə də yüz adamı risk altına atır. Belə məsuliyyətsiz adamlarının sayının çox olması isə minlərlə, on minlərlə vətəndaşımızın həyatına riskdir! Mən də bütün çağırışlara qoşularaq tövsiyə edərdim ki, sosial izolyasiya tədbirləri davam etsin və virusun geniş yayılması ehtimalı olduğu üçün hamı evdə qalsın. Yalnız zəruri, çox vacib işlərdə çalışanlar, şəhərdə müxtəlif istiqamətlərdə hərəkət edib işə və evə gedənlər zəruri gigiyena qaydalarına əməl edib tez-tez geyim və əşyalarını dezinfeksiya etsinlər. Yəni, tövsiyə edilən qaydaları yaxşı mənimsəsinlər. Bu, hazırda bütün dünyada virusu lokallaşdırmaq onun müalicəsindən də vacib sayılır. Tezliklə dünyadakı pandemiyanın yaratdığı sosial gərginlik istiqamətində olan sabitliyin bərqərar olacağını ümid edirəm”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
“Sənsən eşqim, zəfərim” -VİDEO
29.05.2020
ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
29.05.2020
“Mən də bu ölkənin vətəndaşı olduğum üçün qürur duyuram“
29.05.2020
Gələn aydan açıq havada idman yarışlarının təşkilinə icazə verilir
29.05.2020
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info