Türkiyədəki Azərbaycan vətəndaşlarının üzləşdiyi məsələlərin həllinə dəstək verilir
Tarix: 29.03.2020 | Saat: 21:55:00 | E-mail | Çapa göndər


Bölgəmizdə yeni tip koronavirus (COVİD-19) pandemiyası yayılmağa başlayandan etibarən Azərbaycanın Türkiyədəki səfirliyi dövlət siyasətinin tərkib hissəsi kimi Azərbaycan vətəndaşlarına mümkün dəstək göstərmək istiqamətində fəaliyyətini davam etdirir.

Trend-in məlumatına görə, bu ifadələr səfirliyimizin mövzu ilə bağlı yaydığı açıqlamada əksini tapıb. Bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunduğu kimi ilk növbədə xüsusi ehtiyac duyan vətəndaşlarımızın ölkəmizə geri qayıtmasının təmin edilməsi daxil olmaqla müvafiq tibbi ləvazimatların əldə edilməsi, təcrübə mübadiləsinin aparılması, Türkiyə daxilində vətəndaşlarımız üçün inzibati və lojistik məsələlərin həlli və digər istiqamətlərdə son iki həftədə gün ərzində gücləndirilmiş rejimdə fəaliyyət göstərib. Həmçinin, Bolqarıstan-Türkiyə sərhədində Türkiyəyə girişləri qadağan olan ölkələrdən gələn vətəndaşlarımızın bu ölkəyə keçidini təmin etmək üçün ilk olaraq sərhəddə qalan 28 azərbaycanlının sərhədi keçməsinə nail olunub, daha sonra neytral zonada qalan 14 vətəndaşımızdan 11-nin Bolqarıstana keçməsinə şərait yaradılıb, sərhəddə qalan digər 3 vətəndaşımızın isə Türkiyəyə keçidini təmin etmək üçün iki həftədir bütün rəsmi diplomatik kanallarla təmaslar saxlanıb. Bu gün həmin 3 vətəndaşımızın Türkiyə ərazisində 2 gün karantində qalmaq şərtilə xarici vətəndaşlar üçün tam bağlı olan sərhədi keçməsi təmin edilib.
Yuxarıda göstərilənlərə görə, Türkiyə hökumətinə, xüsusilə də Xarici İşlər Nazirliyinə dərin minnətdarlıq ifadə olunur.
Daha sonra vurğulanır ki, Azərbaycanın Türkiyədəki səfirliyi tam tərkibdə və gücləndirilmiş rejimdə fəaliyyət göstərərək vətəndaşlarımızın üzləşdiyi məsələlərin konsulluq yardımı müstəvisində həllinə dəstək verməkdə davam edir.




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Elmira Axundova etimadnaməsini Vladimir Zelenskiyə təqdim edib
29.05.2020
MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib
29.05.2020
Azərbaycanın dövlət sərhədinin bağlanması iyunun 15-dək uzadıldı
29.05.2020
Azərbaycanın Britaniyadakı səfiri AİHM-ə Ramil Səfərovla bağlı cavab verib
28.05.2020
Dünyanın ən hündür “Bürc-Xəlifə” qülləsində Azərbaycan bayrağı əks olunub

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info