Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
Tarix: 29.03.2020 | Saat: 22:55:00 | E-mail | Çapa göndər


“Valideynləri işləyən uşaqlar hər zaman diqqət əskikliyindən şikayətçi olurdu. Bu vəziyyəti-karantin günlərini dəyərləndirib övladlarımız ilə maraqlı vaxt keçirə bilərik”

Artıq bir neçə aydır ki, bütün dünyanı sözün həqiqi mənasında ağuşuna alan yeni növ koronavirus (COVID-19) ölkəmizdə də sosial həyata bir xeyli təsir göstərib. Yaranmış çətin duruma baxmayaraq müsbət məqamlar da var ki, bu da vaxtında görülən operativ, qabaqlayıcı tədbirlərin sayəsində əksər dünya ölkələrindən fərqli olaraq Azərbaycanda virusdan dünyasını dəyişənlərin sayınını eləcə də, yoluxanların sayının az olmasıdır. Hazırda dövlət bu istiqamətdə ciddi tədbirlər görür, virusun “ayaq açıb yeriməməsi” üçün bütün vasitələrə əl atılır ki, vətəndaşlar daha az zərər görsünlər, milli təhlükəsizliyimizə yaranan təhdid tezliklə aradan qalxsın. Bunun üçün isə vətəndaşlardan bir nömrəli tələb səbr və anlaşıy göstərib evdən bayıra çıxmamaqdır... Çünki evdə qalmaqla insanlar həm özlərini, həm də ailə üzvlərini qorumuş olur, çölə çıxmayanlar infeksiyaya yoluxmur və digərləri üçün təhlükə də yaratmırlar.
Belə bir çətin günlərdə ayı-ayrı sahənin mütəxəssisləri cəmiyyətimizə çağırışlar edərək öz tövsiyyə və biliklərini də paylaşır, maarifləndirmə istiqamətində cəmiyyətə töhfə verməyə çalışırlar. Yəni hazırda həmrəylik yalnız xalq ilə dövlət arasında nümayiş etdirilmir, elə insanlarımız da bir-biri ilə həmrəy olduqlarını göstərir, yardımlaşmağa çalışırlar.
Belə mütəxəssislərdən biri də Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin rəhbəri Dilşad Musadır. “Palıtra”ya açıqlama verən mərkəz rəhbəri karantin rejimində valideynlər üçün bir neçə vacib tövsiyyələrini də etdi. Onu da qeyd edək ki, “Dəcəl Balam” MMC daxilində yaranmış Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi valideynlər və uşaqlar, onların ünsiyyətinin təkminləşməsi, sosiallaşması, ətrafının genişlənməsi, biliklərinin paylanması və müxtəlif təklifləri dəyərləndirməyə xidmət göstərir. Hər zaman uşaqlara və valideynlərə qayğı göstərməyi özünə borc bildiyini deyən mərkəzin rəhbəri Dilşad Musa bu dəfə də gündəmə uyğun olaraq virusla bağlı mövzuda bəzi profilaktik tədbirlər haqqında məlumat verdi:
“Hazırda dünyamız ağır günlər yaşayır, bəşər tarixində faciəvi pandemiyaya şahidlik edirik. Müxtəlif səviyyələrdə dünya ölkələri virusa qarşı mübarizə aparırlar. Azərbaydanda isə 2 həftədən çoxdur ki, sosial izolyasiya, karantin rejimidir. Bütün təhsil müəssisələri və idarələri, özəl mərkəzlər və bağçalar, ictimai iaşə obyektləri, ticarət mərkəzləri də həmçinin karantin rejiminə uyğun olaraq fəaliyyətini dayandırıb. İlk günlərdə bu rejim uşaqlara və valideynlərə xoş gəlsə də, bir müddət sonra artıq insanlar təbii olaraq müəyyən mənada sıxılmağa başladılar. Televiziyalarda online dərslər keçirildi. Eyni zamanda “Zoom” proqramı vasitəsilə müəllimlər öz şagirdlərinə xüsusi online dərslər keçərək tədris proqramından geri qalmamağa çalışırlar. Yəni bütün bunlar alqışlanası hallardır.
Ümumiyyətlə isə karantin günlərini iş günü rejimi kimi planlamaq daha məhsuldar ola bilər. Məsələn, eyni vaxtda təşkil olunan ailəvi yemək saatları. Ailə üçün ən önəmlisi hamının eyni zamanda masa ətrafında toplanmasıdır. Ailə birliyi hər xırda detalda özünü göstərir”.

“Ailə birgə gözəl əylənsə də, valideynlərin də ayrı vaxt keçirmək istəkləri təbii haldır. Ona görə də məktəb olmamasına baxmayaraq uşaqların yatma saatını diqqətdə saxlamaq lazımdır. Məktəbə gedərkən hansı saatda yatırdılarsa, həmin qaydaya əməl etmələri tövsiyyə olunur. Həm bu zaman uşaqların rejimi pozulmamış olar, həm də böyüklər özlərinə vaxt ayırmış olarlar”

Dilşad Musa deyir ki, işləyən valideynlər üçün hazırki vəziyyətə uyğunlaşmaq bir az çətinlik yaratsa da, yaranmış müvəqqəti çətinliyə yaxşı tərəfdən yanaşsaq uşaqların ailələri ilə birgə vaxt keçirmək üçün gözəl məqamdır: “Valideynləri işləyən uşaqlar hər zaman diqqət əskikliyindən şikayətçi olurdu. Onlar da bu vəziyyəti-karantin günlərini dəyərləndirib övladları ilə maraqlı vaxt keçirə bilərlər. Qeyd etdiyim kimi dərslər online olaraq keçilir. Geri qalan boş zamanlarda ailəvi kitab oxumaq, oyunlar oynamaq ailə bağlarını daha da möhkəmləndirəcək. Valideynlər öz uşaqlıq oyunlarını (domino, loto) indi öz övladlarına rahatlıqla ötürə bilərlər. Ata və analar keçmişdə başına gələn hadisələri maraqlı əhvalat kimi danışmaqla uşaqlarda yeni fikirlər, təsəvvürlər yarada bilərlər. Və ya bir – birini nə qədər tanıdığını öyrənmək məqsədilə komandalara bölünüb “Sual- cavab” oyunu da oynaya bilərlər. Təbii ki, ev şəraitində olduğuna görə artıq çəki almamaq və sağlamlıqlarını qorumaq məqsədilə ailəvi idmanlar da məqsədəuyğundur”.
Müsahibim deyir ki, hazırki situasiyada dil öyrənmək üçün çox uyğun şərait var: “Gün ərzində 15 yeni söz öyrənmək bir uşaq üçün 1 ay müddətində 450 söz ehtiyatı edir. Kitabdan öyrənmək bəzilərinə sıxıcı gələrsə, yeni proqramlar var ki, onları telefona yükləyib gündəlik proqram tərtib edə bilərlər. İngilis dili öyrənmək istəyən və ya hər hansı sualı olan, köməyə ehtiyacı olan hər bir kəsə mən də dilşünas tərcüməçi kimi öz növbəmdə dəstək olmağa hazıram.
Ailə birgə gözəl əylənsə də, valideynlərin də ayrı vaxt keçirmək istəkləri təbii haldır. Ona görə də məktəb olmamasına baxmayaraq uşaqların yatma saatını diqqətdə saxlamaq lazımdır. Məktəbə gedərkən hansı saatda yatırdılarsa, həmin qaydaya əməl etmələri tövsiyyə olunur. Həm bu zaman uşaqların rejimi pozulmamış olar, həm də böyüklər özlərinə vaxt ayırmış olarlar.
Əhlavılımızı yüksək tutmaqla yanaşı evlərin və evdə olan əşyaların dezinfeksiyasına da diqqət yetirilməlidir. Otaqların havası mütəmadi olaraq dəyişilməli, gündə ən azı bir dəfə dezinfeksiyaedici vasitələrin istifadəsi ilə nəm təmizlənmə aparılmalıdır. Evə gətirilən məhsulların dezinfeksiyasına da diqqət yetirilməlidir. İnsanlarla təması istisna etməklə yaxınlıqda mövcud olan meşələrdə gəzmək tövsiyə olunur. Təbii ki, təmassız gəzinti və saatlarla, hər gün yox!
Uşağa əli ilə üzünə toxunmaması izah edilməlidir. Uşaqların qapı tutacaqlarına, məhəccərlərə, divarlara və lift düymələrinə toxunmaması təmin edilməlidir.
Valideynlərin diqqətinə onu da çatdırmaq istərdim ki, evdə olarkən əlləri hər 15 dəqiqədən bir sabunla yuduqdan sonra spirtləməyə ehtiyac yoxdur. Əl yuma imkanı olmayan yerlərdə spirtdən istifadə etmək lazımdır. Əks halda dəri quruyur, çatlar yaranır, allergiya və göbələk yaranmağa başlayır ki, bu da mikrobların daha tez hopmasına şərait yaradır.
Özümüz və cəmiyyətimizin sağlamlığını qorumaq üçün siz də Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin başlatdığı #evdəqalın #dəcəlbalamlakitaboxuyun aksiyasına qoşula bilərsiniz. Karantin rejimi bitdikdən sonra eyni haştagla paylaşım edənlərin hamısının birgə iştirakı ilə görüş də təyin olunacaq. Necə deyərlər, başlasın yeni dostluqlar, uğurlu gələcək sağlam uşaqlarla gələcək!”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.05.2020
“Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
21.05.2020
“Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
21.05.2020
“Koronavirus uşaqlarda əsasən simptomsuz keçir”
19.05.2020
“Koronavirusla mübarizə birliyimizi göstərən əsaslı nümunədir”
15.05.2020
İnsanlar evdə oturduqları bir dövrdə travmaların da sayı azalıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
3 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar
4 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
5 Qiyməli pendirli yemək resepti -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info