Əziz Əlibəyli: “Qaydalara riayət etməyənlərə qarşı ciddi cəza tədbirləri görülməlidir”
Tarix: 31.03.2020 | Saat: 13:48:00 | E-mail | Çapa göndər


“Bu gündən başlayan yeni qadağalar vətəndaşların da onlara əməl etməsi sayəsində müsbət nəticə verəcək və vəziyyətə nəzarəti yüz faiz ələ almaq mümkün olacaq”

Yeni növ koronavirusun(COVID-19) bəşəriyyət üçün böyük bəlaya çevrildiyi bir vaxtda ölkəmizdə virusla mübarizə istiqamətində operariv və ciddi işlər görülür, sosial izolyasiya tədbirləri genişləndirilir. Təbii ki, bütün bunlar da vətəndaşların təhlükəsizliyinə, ümumilikdə milli təhlükəsizliyimizə hesablanmış addımlardır. Görünür bu səbəbdəndir ki, bir çox elmi, tibb və səhiyyəsi yüksək səviyyədə inkişaf etmiş super dövlətlərdən fərqli olaraq Azərbaycanda virusun yaratdığı fəsadlar azdır. Əslində ölkəmizdə də tibb, səhiyyə sahəsi ilə bağlı infrastruktur yüksək səviyyədə olmasaydı indi itkilərimiz çox olardı. Bu mənada tibb işçlilərimizə də alqış düşür!
Ancaq bu gün təəssüf doğuran hallar da yaşanır ki, bu da bəzi vətəndaşlarımızın sosial məsuliyyətlərini dərk etməyərək özləri ilə bərabər, yaxınlarını, ailələrini və ümumilikdə cəmiyyətimizi təhlükəyə atmaları, izolyasiya qaydalarına əməl etməmələridir. Bəs bu cür insanlarla necə davranmalı?

“İndiki həssas məqamda xalq həkimlərə, polislərə və əsgərlərə dəstəyini davam etdirməlidir. Xüsusi risk zonasında, həyatı bahasına başqalarının həyatını xilas etməyə çalışan şərəfli peşə sahiblərinə mütləq müsbət mesajlar verilməli və bunlar davamlı olmalıdır. Evdə qalmaqla özümüzü də, xalqımızı da, ölkəmizi də xilas etmiş olarıq!”


Siyasi şərhçi Əziz Əlibəyli deyir ki, hazırda xalqla dövlətin həmrəyliyi virusla mübarizədə əsas rol oynayan amildir. Vətəndaşların dövlətdən gələn qərar, tövsiyə və addımlara dəstəyi bu çətin günləri tezliklə arxada qoymağa daha çox şərait yaradacaq: “ O ki, qaldı qaydalara riayət etməyənlərə qarşı ciddi cəza tədbirlərinin işə düşməsinə burada görünən odur ki, məsuliyyətsiz insanlar üçün belə tədbirlər effektiv ola bilər. Məncə, artıq rəsmi şəkildə fövqəladə vəziyyət də elan edilməlidir. Çünki, hazırkı ana qədər olan vəziyyət göstərir ki, vətəndaşlara ümumi nəzarət mümkün deyil, qaydalara o qədər də ciddi riayət edilmir. Nəzərə almaq lazımdır ki, hələ xəstəliyin inkişaf dövründə də deyilik. Xüsusi sərt qaydalar elan edilməzsə, bu cür hələ də kütləvi halda toplanmalar, park gəzintiləri və s. həyat tərzinin qarşısını almaq mümkün olmayacaq”.
Əziz Əlibəyli deyir ki, hazırda aidiyyəti qurumlar öz üzərilərinə düşən işin öhdəsindən uğurla gəlirlər. Karantində saxlanılanlara göstərilən diqqət və qayğıdan tutmuş, sosial izolyasiya qaydalarına əməl olunmasına nəzarət edən dövlət qurumlarına qədər hər bir iş məsuliyyətlə yerinə yetirilir: “Dünən elan edilən rəqəmlər vəziyyətin nə qədər ciddi olmasından, artan təhlükənin miqyasının böyüklüyündən xəbər verir. Amma məsələnin pozitiv tərəfi odur ki, dövlət təhlükəsizliyimizi ən yüksək səviyyədə qorumağa hazır olduğunu günbəgün daha qabarıq formada göstərir və Azərbaycanda qısa müddətdə vəziyyətə nəzarəti yüz faiz ələ almaq mümkün olacaq.
Çünki adekvat addımlar vaxtında atıldı və sərhədlərin qapanması, dislokasiya işi, təchizat, həkim ordusunun maddi-texniki təminatı öz sözünü deyir. Dünyanın inkişaf etmiş ölkələri virus qarşısında faktiki diz çöküblər. Artıq milyardlarla itkidən söz gedir. Amma bizdə bu gündən etibarən başlayan yeni qadağalar vətəndaşların da onlara əməl etməsi sayəsində müsbət nəticə verə biləcək. Bir məsələni də xüsusi olaraq qeyd etmək istərdim ki, indiki həssas məqamda xalq həkimlərə, polislərə və əsgərlərə dəstəyini davam etdirməlidir. Xüsusi risk zonasında, həyatı bahasına başqalarının həyatını xilas etməyə çalışan şərəfli peşə sahiblərinə mütləq müsbət mesajlar verilməli və bunlar davamlı olmalıdır. Evdə qalmaqla özümüzü də, xalqımızı da, ölkəmizi də xilas etmiş olarıq!”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Yeni salınan şəhərciklər məcburi köçkünlər üçün müvəqqəti yaşayış yeridir
29.05.2020
Elmira Axundova etimadnaməsini Vladimir Zelenskiyə təqdim edib
29.05.2020
MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib
29.05.2020
Azərbaycanın dövlət sərhədinin bağlanması iyunun 15-dək uzadıldı
29.05.2020
Azərbaycanın Britaniyadakı səfiri AİHM-ə Ramil Səfərovla bağlı cavab verib

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info