Aİİ-də distant dərslərlə bağlı müəllimlərin onlayn iclası keçirilib
Tarix: 31.03.2020 | Saat: 15:01:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası ərazisində koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi üçün tədris, təlim-tərbiyə prosesinin təxirə salındığını nəzərə alaraq, Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) onlayn dərslərin Azərbaycan Respublikası Təhsil Nazirliyinin tövsiyəsinə əsasən “Microsoft Teams” platforması üzərindən keçirilməsi məqsədilə müəllimlərin proqram vasitəsilə virtual iclası təşkil olunub.

Aİİ-dən bildirilib ki, iclasda İnstitutun bütün rəhbər heyəti və müəllimləri iştirak edib.

İclasın təşkil olunmasında məqsəd müəllimlərin onlayn keçiriləcək dərslərlə bağlı məlumatlandırılmasıdır. İclasda onlayn tədrisin dərs cədvəlinə və sillabuslara uyğun təşkil olunması, tələbələrin qiymətləndirilməsi, müəllim-tələbə müzakirəsinin aparılması, mühazirə və digər materialların ötürülməsi və başqa məsələlərlə bağlı müzakirələr aparılıb.

Məlumat üçün bildiririk ki, ali təhsil müəssisəsində tədris və təlim-tərbiyə prosesi dayandırıldıqdan sonra, tələbələrin təhsil prosesindən geri qalmaması üçün videodərslərin təşkili həyata keçirilir.

Qeyd edək ki, Aİİ-də distant təhsilin təkmilləşdirilməsi ilə bağlı intensiv tədbirlər aparılır. Məlumdur ki, distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks-əlaqə əsasında, uzaq məsafədən təşkil edilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 20 aprel 2020-ci ilə qədər ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi dayandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.05.2020
Baş prokurorun yeni müavinləri
23.05.2020
Binəqədi rayonunda Ramazan bayramı ərəfəsində sosial aksiya keçirildi
23.05.2020
“Bakcell”dən Azərbaycanın ən sürətli mobil şəbəkəsində 50 GB trafiki cəmi 30 manata
23.05.2020
Ödənişli ictimai işlərin təşkilinə nəzarət tədbirləri görülür
23.05.2020
“Aztelekom” MMC aztəminatlı ailələrə bayram sovqatı paylayıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
3 Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
4 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb
5 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info