Njdenin türklər haqqında sözlərinin ekstremist fikir sayılması üçün Rusiya baş prokuroruna müraciət olunub
Tarix: 31.03.2020 | Saat: 16:15:00 | E-mail | Çapa göndər



Rusiyadakı Azərbaycan diasporu ermənilərin "yerkramas.org" saytının bağlanması və rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün Rusiya Federasiyasının baş prokuroruna müraciət edib.


APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva vilayəti Regional Milli Mədəni Muxtariyyətinin sədri Elşən İbrahimovun adından baş prokuror İqor Krasnova göndərilə müraciətdə faşist Qaregin Njdenin "Türklə mübarizəsiz bir günümüz keçməməlidir" fikrini özünə şüar seçən "yerkramas.org" saytının bağlanması və rəhbərliyinin cinayət və inzibati məsuliyyətə cəlb olunması xahiş olunur.

Müraciətdə indiyə kimi Azərbaycan diasporunun "Yerkramas"ın fəaliyyətini dayandırması istiqamətində gördüyü işlər də açıqlanıb. Bildirilib ki, çoxmillətli Rusiyada milli zəmində ədavəti qızışdırdığı iddiası ilə saytın bağlanılması və rəhbərliyinin haqqında tədbir görülməsi üçün "Roskomnadzor"a müraciət olunub. "Roskomnadzor"un həmin müraciətə cavabında "yerkramas"ın Krasnodar diyarının Pervomaysk rayon məhkəməsinin 2016-cı il 14 noyabr tarixli qərarı ilə KİV qeydiyyatı şəhadətnaməsi ləğv edilib. Məlum olub ki, həmin dövrdən ermənilərin feyk məlumatlar yayan saytı KİV kimi Rusiyada qeydiyyatda deyil. Ona görə də, saytın fəaliyyətinə “Roskomnadzor”un nəzarət etməsi mümkün deyil.
Bu səbəbdən Azərbaycan diasporu Rusiya Baş prokurorundan ekstremist fəaliyyətə çağırış edən "yerkramas.org" saytına girişin məhdudlaşdırılmasını, saytın rəhbərliyinin cinayət və inzibati məsuliyyətə cəlb edilməsini, saytda gedən materialların ekstremist hesab olunmasını xahiş edib.
Bundan başqa, Azərbaycan diasporu baş prokurordan faşist Qaregin Njdenin "Türklə mübarizəsiz bir günümüz keçməməlidir" fikrinin bundan sonra heç bir KİV və QHT tərəfindən istifadə olunmaması üçün ekstremist fikirlər siyahısına salınmasını xahiş edib.




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
Əli Əhmədov: Sosial şəbəkələr bir çox hallarda insan hüquqlarının pozulması, şəxsiyyətin mənəvi terrora məruz qalması, ləyaqətinin alçaldılması vasitəsinə çevrilib
31.05.2020
Sosial şəbəkələr siyasi qarşıdurmalara çağırış, mənəvi terrora, təhqirə məruz qoyma platformasına çevrilib
31.05.2020
Şamaxı Rayon Ağsaqqalları Prezident İlham Əliyevə müraciət ediblər
31.05.2020
İyun ayında bəzi günlərdə temperatur 39 dərəcəyə çatacaq
31.05.2020
“Mən həmişə fəxr edirəm ki, Vətənimin Sizin kimi rəhbəri var“

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info