Viruslar insandan daha ağıllı və hiyləgərdir
Tarix: 31.03.2020 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


Bizi necə aldadır?

Yazılanlar elmi fantastika janrına yaxın olsa da reallıq və tibbi sübut olunub. Hər bir virus düşündüyümüzdən də ağıllı, hiyləgər və insan düşüncəsini, davranışına belə təsir etmək qabiliyyətinə malikdir.

Palitra Medicina.az-a istinadən virusların davranışı və insan üzərində çox hallarda qalib olmasının bəzi sirlərini araşdırıb.
Mikroskop altında görünən bu virus ailələri çoxalmaq, yaşamaq üçün çarpışır və bunun üçün hər şeyi edər
Onlar insanların adi qəbul etdikləri və təhlükəli hesab etmədikləri yollarla gedirlər.
Məsələn, burnumuz tutulur, asqırırıq və insan bunu tamamilə normal bir fizioloji proses hesab edir. Hətta sağlam insan da asqıra bilər, burda qorxulu nə var . Nə olsun ki, ağız suyu ətrafa sıçradı, nolsun. Çoxları heç asqırıq suyundan iyrənmir də. Bəs virus hardan bilir ki, insan asqırığa fikir verməyəcək? Virus elə bu yolu da tutur: asqırıqla bir orqanizmdən digər insana keçir, orda məskən salır və çoxalır.

Həmçinin qarın ağrısı, diareya. Ola bilər yeməyimi qarışdırmışam, soyuq olub kimi düşüncələr gəlir, bircə virus heç kimin ağlına gəlmir. Virus üçün bu yol da əladır: tualetdə fekal yolla yayılır. Yəni kütləvi tualetlərdə.
Əslinə qalanda bu gözəgörünməz orqanizmlər genetik informasiya paketidir. Onların yeganə məqsədi yer üzündən silinməmək, var olmaq üçün hansı yolla olursa olsun canlı orqanizmin hüceyrələrinə yol tapmaqdır.

Viruslar təkcə insan orqanizmini yox, heyvan, bitki, hətta bakteriyaların da içinə daxil olur.
Düzdür, virusoloqlar deyir ki, virusların beyni, ağlı, şüuru yoxdur, lakin eyni zamanda onların fövqəladə bacarıq, hətta alimləri azdıracaq hiyləgərliklərinə heyran qalırlar.

Ağlı olmayan varlıq insan hüceyrəsi kimi mürəkkəb mexanizmin içinə daxil olmağı bacarmaz və hüceyrəni özünə ram edib, surətini çıxarmaz. Yəni viruslar hüceyrənin quruluşunu, davranışını dəyişir.
Bununla da insanın davranışını,düşüncəsinə belə təsir edə bilər.

Bu barədə Plos elmi dərgisində çıxmış maraqlı tədqiqatı xatırlayaq. Elmi araşdırmada hər il 600 min uşağın həyatını məhv edən rotavirus infeksiyası tədqiq olunub.

Virus xəstəliyinin simptomu qusma, qarın ağrısı, ishaldır. Hesab edilir ki, qusma, ürəkbulanma, diareya orqanizmin virusdan müdafiə mexanizmidir,guya bununla o virusu bədəndən çıxarmağa çalışır.

Qusma zamanı bağırsaqla beyin arasında siqnal yaranır, beyin pis qida, zəhərli qida, təhlükəli elementi çölə çıxarmaq əmri verir. Hasil olan serotonin sinir sistemini aktivləşdirir, beyindən ötürülən siqnalları bağırsaq, mədə icra edir.

Bu araşdırmada isveç alimləri sübut ediblər ki, rotarovirus özü bu mexanizmə nəzarət edib yaradıb ki, insan qusuntusu və ifrazatı ilə daha çox insanı yoluxdursun. Beləliklə, virusların insan davranışlarını idarə etdiyi və ya bundan da öz məqsədləri üçün istifadə etdiyi məlum olub. Ona görə elm və tibb virus qarşısında çox zaman aciz qalır və insan orqanizmi viruslara təslim olur. Bunu isə ağılsız və beyinsiz varlıq edə bilməz.




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
Dünyanın ən yaşlı kişi sakini rumıniyalıdır
31.05.2020
NASA astronavtlı ilk uçuşunu reallaşdırdı
31.05.2020
Jurnalistləri robotlar əvəz edir
31.05.2020
Şəkinin mərkəzində qonur ayı göründü
30.05.2020
Martda Balakənə xınayaxdıya gələn Çakır ailəsinin dalınca təyyarə göndərildi

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info