Prezident: Genişmiqyaslı iqtisadi və sosial paket həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaqdır
Tarix: 31.03.2020 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Genişmiqyaslı iqtisadi və sosial paket həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaqdır.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

Prezident İlham Əliyev bildirib:

"Hesab edirəm ki, bu genişmiqyaslı iqtisadi və sosial paket həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək, eyni zamanda, həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaqdır. Bizim əsas məqsədimiz, ilk növbədə, vətəndaşların təhlükəsizliyidir, sağlamlığıdır və onların rifahıdır. Əlbəttə ki, pandemiya dövründə Azərbaycan digər məsuliyyətli ölkələr kimi, ilk növbədə, vətəndaşların sağlamlığını nəzərə alır. Bütün qalan məsələlər ikinci dərəcəli məsələlərdir, o cümlədən iqtisadi inkişafla bağlı olan məsələlər. Halbuki biz bu məsələlərə də mütləq lazımi fikir verməliyik. Çünki insanların həm sağlamlığı, həm rifahı, ümumiyyətlə, Azərbaycanda sosial sahədə əsas məsələlərdən biridir. İnsanların sağlamlığına aid olan bütün məsələlər bu gün Azərbaycanda öz həllini tapır və əsas məqsəd, bir daha demək istəyirəm ki, pandemiyanın miqyasını nəzarətdə saxlamaqdır. Biz, ilk növbədə, buna nail olmalıyıq. Bir daha demək istəyirəm ki, burada əsas amil vətəndaşların məsuliyyətidir.

Eyni zamanda, təqdim etdiyiniz təkliflər genişmiqyaslıdır və bu gün pandemiyadan zərər çəkmiş sahələrdə işləyən vətəndaşların maraqlarını nəzərə alır, onlara əməkhaqlarının əhəmiyyətli hissəsi müvəqqəti olaraq dövlət tərəfindən ödəniləcək. Eyni zamanda, sahibkarlar da, əlbəttə, bir daha demək istəyirəm ki, işçilərin ixtisarına yol verməməlidirlər. Eyni zamanda, sosial təminat sahəsində əlavə tədbirlərin görülməsi də hesab edirəm ki, zəruridir, o cümlədən qeyd etdiyiniz sosial sahəyə aid olan məsələlər. Azərbaycan dövləti bir daha öz sosial siyasətini burada göstərməlidir və göstərir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və biz bunu dəfələrlə sübut etmişik".




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
Əli Əhmədov: Sosial şəbəkələr bir çox hallarda insan hüquqlarının pozulması, şəxsiyyətin mənəvi terrora məruz qalması, ləyaqətinin alçaldılması vasitəsinə çevrilib
31.05.2020
Sosial şəbəkələr siyasi qarşıdurmalara çağırış, mənəvi terrora, təhqirə məruz qoyma platformasına çevrilib
31.05.2020
Şamaxı Rayon Ağsaqqalları Prezident İlham Əliyevə müraciət ediblər
31.05.2020
İyun ayında bəzi günlərdə temperatur 39 dərəcəyə çatacaq
31.05.2020
“Mən həmişə fəxr edirəm ki, Vətənimin Sizin kimi rəhbəri var“

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info