Azərbaycan Prezidenti: Çalışmalıyıq ki, daxili tələbatı maksimum dərəcədə yerli istehsalla təmin edək
Tarix: 31.03.2020 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


Çalışmalıyıq ki, daxili tələbatı maksimum dərəcədə yerli istehsalla təmin edək.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Bu da həqiqətdir ki, neft sektoru bizim iqtisadiyyatımız üçün əsas sektor olaraq qalır. Ancaq digər sektorlar, qeyri-neft iqtisadiyyatımızın inkişafı prioritetdir. Hesab edirəm ki, ixracyönümlü məhsulların istehsalı artırılmalı, sahibkarlıq subyektlərində sertifikatlaşma prosesi davam etdirilməlidir ki, bizim məhsullarımız həm daxili, həm də xarici bazarlarda rəqabətqabiliyyətli olsun. Əlbəttə ki, daxili istehlak daxili istehsal hesabına stimullaşdırılmalıdır. Onu da bilməliyik ki, xarici bazarlara çıxmaq ildən-ilə daha da çətinləşir. Çünki bir çox ölkələr idxalı əvəzləmək siyasətini aparırlar. Ona görə, biz həm yeni bazarlar axtarmalıyıq, həm də məhsullarımızı daha rəqabətqabiliyyətli etməliyik. Eyni zamanda, çalışmalıyıq ki, daxili tələbatı maksimum dərəcədə yerli istehsalla təmin edək. Özümüzü təminetmə əmsalına gəldikdə, bu sahədə daha dəqiq statistika aparılmalıdır. Çünki müxtəlif dövlət qurumlarından mənə fərqli rəqəmlər təqdim edilir. Ona görə bunu da sizə tapşırıram, bütün dövlət qurumlarının rəqəmlərini təhlil edin və real vəziyyəti mənə məruzə edin ki, bizim özümüzü təminetmə əmsalı əsas istehlak malları üzrə nədən ibarətdir və biz öz siyasətimizi daha dəqiq proqnozlaşdıraq. O cümlədən, Sahibkarlara Dəstək Fondu hesabına o sahələrə vəsait, kredit ayıraq ki, o sahələr hələ ki, idxaldan asılıdır. Eyni zamanda, bizim ixracımızı və özümüzü təminetmə imkanlarımızı təhlil edərkən mütləq Azərbaycanda istehsal olunan malların xarici komponentinin faizi də nəzərə alınmalıdır. Çünki bəzi hallarda xarici xammal böyük paya gəlib çıxır. İqtisadiyyat Nazirliyi bu istiqamətlər üzrə fəal işləyir, bu işləri davam etdirin. Hesab edirəm ki, bütün bu işləri düzgün qura bilsək, - mən buna şübhə etmirəm, - biz bu çətin sınaqdan da şərəflə çıxa biləcəyik".




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdədir
26.05.2020
MDB ölkələrinin Baş nazirləri koronavirusa qarşı mübarizə tədbirlərini müzakirə edəcəklər
26.05.2020
Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevi təbrik edib
26.05.2020
XİN: Avropa İnsan Hüquqları Məhkəməsi Ramil Səfərovla bağlı Ermənistanın əsas niyyətini təmin etməyib
26.05.2020
ADU-nun Konfutsi İnstitutu həkimlərə dəstək layihəsi keçirir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Qiyməli pendirli yemək resepti -VİDEO
3 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
4 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
5 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info