Dövlət dəstəyindən 290 mindən çox yaxın mikro və fərdi sahibkar faydalanacaq
Tarix: 31.03.2020 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


Koronavirusun Azərbaycan iqtisadiyyatına və sahibkarlara təsirinin minimumlaşdırılması ilə bağlı yaradılmış İşçi Qrupu tərəfindən 9 proqram hazırlanır.
Palitra-nın bildirdiyinə görə bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bu proqramlar koronavirusun sahibkarlara və eləcə də sahibkarlıq subyektlərində çalışan vətəndaşlara təsirlərini azaltmaq məqsədi daşıyır.:
“İşçi Qrupu tərəfindən koronavirusun iqtisadiyyata təsirləri qiymətləndirilib. Qiymətləndirməyə görə, 4 əsas sektor və 20 fəaliyyət sahəsi üzrə koronavirusun təsirləri var. Bu təsirlərin azaldılması üçün konkret proqram təklif olunur. Nəzərə alsaq ki, sahibkarlara, eləcə də muzdla çalışan sektorlar üzrə ayrılan vəsaitin həcmi 1 milyard manatdan 2,5 milyard manatadək artırılıb. Ayrılmış vəsait ümumi daxili məhsulun 3 faizi deməkdir. Bu, MDB ölkələri arasında ən yüksək göstərici hesab olunur”.

Deputat bildirib ki, hökumətin həyata keçirdiyi siyasət sahibkarlara və vətəndaşlara dəymiş ziyanların azaldılmasını nəzərdə tutur:

“Bu baxımdan da sektorial yanaşma tətbiq olunub və bəzi fəaliyyət sahələrində dəymiş ziyanın tam kompensasiyası, nisbətən az təsiri olan fəaliyyət sahələrində bütövlükdə 70 faizlik kompensasiyanın həyat keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, mikro sahibkarlara, yəni VÖEN-lə fəaliyyət göstərən vətəndaşlara da kompensasiya və birbaşa yardım həyata keçiriləcək. Azərbaycanda 1 milyon 555 min muzdlu işçinin 915 mini məhz dövlət və neft sektorunda çalışır. Onlar məzuniyyətə göndərilsə də, əməkhaqları ödənilir, 640 min muzdlu işçi isə qeyri-dövlət və qeyri-neft sektorlarında çalışır. Bu işçilər üçün də birbaşa dəstək mexanizmi reallaşacaq. Mikro sahibkar kimi fəaliyyət göstərən 290 min vətəndaş da dövlət dəstəyi alacaq. Proqramlardan biri kreditlər üzrə kompensasiya və kredit öhdəlikləri ilə bağlı olacaq. Bu istiqamətə 1 milyard manatın ayrılması nəzərdə tutulub. Burada həm də faizlərin subsidiyalaşması həyata keçiriləcək. Nəzərə alsaq ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən subsidiya mexanizmi tətbiq olunacaq və Sahibkarlığın İnkişafı Fondu tərəfindən də dəstək göstəriləcək. Bu, biznes və maliyyə qrupu tərəfindən təklif hazırlandıqdan sonra istehlak kreditləşməsi üzrə dövlət dəstəyinin gücləndirilməsinə imkan verəcək. Bütövlükdə, bu gün həyata keçirilən siyasətin hədəfi də ondan ibarətdir ki, özəl sektorda çalışanların sosial təminatının gücləndirilməsi ilə bağlı tədbirlər davam etdirilsin, koronavirusun onların sosial vəziyyətinə təsirləri minimumlaşdırılsın. Eyni zamanda, çalışmayan vətəndaşlar üçün dəstək mexanizminin gücləndirilməsi də nəzərdə tutulub. Dünya və ölkəmiz üçün iqtisadi baxımdan ağır bir dövrdə dövlət birbaşa vətəndaşlarına dəstək nümayiş etdirəcək”.




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
“Vətəndaşlar alternativ enerjini dövlətə sataraq gəlir əldə edə bilər” - VİDEO
31.05.2020
Daha 1592 sahibkarlıq subyektində monitorinq aparılıb
31.05.2020
Idman təyinatlı obyektlər, açıq havada yerləşən meydançalar əhalinin istifadəsinə verilir
31.05.2020
“Sədərək” və “Binə” ticarət mərkəzlərinin rəhbərləri ilə müzakirələr aparılıb
30.05.2020
Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info