Həmsədrlər Dağlıq Qarabağda keçirilən “seçkilər”in nəticələrini tanımır
Tarix: 31.03.2020 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ) və Stefan Viskonti (Fransa) bəyanatlarında bildiriblər ki, martın 31-də Dağlıq Qarabağda keçirilən “seçkilər”in nəticələrini tanımırlar.

Trend-in məlumatına görə, həmsədrlərin yaydığı bəyanatda deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli kontekstində həmsədrlərin 9 mart tarixli bəyanatında qeyd olunmuş prinsip və elementlərə uyğun olaraq, regionun gələcəyinin həll olunmasında Dağlıq Qarabağ əhalisinin rolunu tanıyırlar.
Həmsədrlər onu da qeyd edirlər ki, Dağlıq Qarabağ heç bir həmsədr ölkə və ya başqa bir ölkə tərəfindən müstəqil və suveren dövlət kimi tanınmır.
Həmsədrlər müvafiq olaraq, bu "seçkilərin" nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir kimi qəbul etmir və nəticələrin heç bir halda Dağlıq Qarabağın son statusuna və ya davam edən danışıqların nəticəsinə, Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həllinə təsir göstərməyəcəyini bəyan edirlər.




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
Azərbaycana səfər edən Türkiyə vətəndaşlarından 90 günədək viza tələb olunmayacaq
31.05.2020
Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir
31.05.2020
Dünyada sosial şəbəkələrlə bağlı real vəziyyət Trampın qərarının tam əsaslı olduğunu göstərir
31.05.2020
ABŞ Konqresmenləri Azərbaycanın Respublika Günü münasibətilə bəyanat veriblər
31.05.2020
Niderland və Azərbaycan bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarını tədqiq edir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info