Siyasi mədəniyyətin yüksək olması sabitliyin təminatçısıdır
Tarix: 04.10.2013 | Saat: 14:34:00 | E-mail | Çapa göndər


|

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Yap Gənclər Birliyinin sədri

Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Qeyd edək ki, Azərbaycanda fəal gənclər siyasətinin aparılması 1996-cı ildən əsaslı olaraq başlamışdı. 2 fevral Gənclər Gününün qeyd edilməsi 1996-cı ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu , Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Fikrimizcə gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının dövlət rəmzlərinin təbliğinə xüsusi yer verilməlidir. Dövlətin milli rəmzlərinin siyasi və mənəvi mənalarının dərk edilməsi vasitəsilə gənclərin bu sahədəki maariflənməsi imkanları da artır. Əhalinin siyasi biliklərinin və yüksək siyasi mədəniyyətinin olması ölkədaxili sabitliyin təminatçısıdır. Vətəndaşların, o cümlədən gənclərin qanunlar çərçivəsində dövlətin problemlərinə biganə qalmaması, ölkədə baş verən siyasi proseslərə maraq göstərməsi, dövlətçiliyə xələl gətirəcək proseslərə qarşı mübarizədə dövlət orqanlarına köməklik göstərməsi hazırkı dövrdə olduqca vacibdir. Bəzən bir qrup gəncin savadsızlıqları ucbatından dövlətimizin inkişafını istəməyən ayrı-ayrı xarici dairələrin təsirinə düşmələri faktları ilə də rastlaşırıq. Belələri gənclərin içərisində çox cüzi faiz təşkil edirlər, bununla belə onların düzgün yola qayıtması üçün iş aparılması gənclər təşkilatlarının əsas vəzifələrindən biri olmalıdir. Prezidentimizin gözəl bir fikri var: “Hər bir gəncimiz dünyada və ölkəmizdə gedən ictimai və siyasi proseslərdən baş çıxarmalıdır”. Bunu nəzərə alıb, dünyada baş verənlərin əsl mahiyyətini anlaya bilməyən gənclərin maarifləndirilməsinə xüsusi diqqət ayrılmalıdır. Bu vəzifəni yerinə yetirmək üçün kifayət qədər vətənpərvər gənclərimiz və resurslarımız var.




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
4 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
5 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info