Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər” misli görünməmiş təxribat aktıdır
Tarix: 01.04.2020 | Saat: 13:02:00 | E-mail | Çapa göndər


2020-ci il martın 31-də Ermənistanın faşist hökumətinin rəhbərliyi altında Azərbaycanın suveren ərazilərində keçirilmiş qondarma “prezident və parlament seçkiləri” misli görünməmiş təxribat aktıdır.

Bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.
O bildirib ki, Yerevan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və ATƏT-in qərarlarına hörmət etmir:
“Bu, növbəti dəfə Ermənistan rəhbərliyinin Azərbaycanın suveren ərazilərində mövcud status-kvonu saxlamaq və Ermənistanda yoxsulluq səviyyəsinin artmasına gətirib çıxaran dövlət idarəçiliyi praktikasını təşviq etmək niyyətini nümayiş etdirir”.

Ekspert bildirib ki, beynəlxalq ictimaiyyətin bu məsələ ilə bağlı operativ reaksiya göstərməməsi və pisləyən açıqlamalar verməməsi dərin narahatlıq doğurur.

P.Teys hesab edir ki, Ermənistan hakimiyyətinin Azərbaycanın bu regionunda apardığı siyasət Avropada təhlükəsizlik üçün ciddi təhdiddir və regionda digər münaqişə zonaları üçün təhlükəli presedent təşkil edir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başladı. 1991-ci ilin sonlarında Ermənistan hərbi qüvvələri Azərbaycan sər­həd­lərini pozub Qarabağa daxil oldular. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon - Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olundu.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 25 mindən çox insan hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər əlil olub. Münaqişə nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb, onların arasında 67 uşaq, 265 qadın, 326 qoca olub. Bu şəxslərin aqibəti barədə hələ də məlumat yoxdur. İki mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb.

12 may 1994-cü il tarixində atəşkəsə dair razılıq əldə olundu. ATƏM-in dövlət və hökumət başçılarının 1994-cü il 5-6 dekabr tarixlərində Budapeştdə keçirilən sammitində ATƏM çərçivəsində bütün vasitəçilik səylərinin əlaqələndirilməsi üçün Minsk konfransı həmsədrlik institutunun yaradılması barədə qərar qəbul olundu.
2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə olunduğu vaxtda Ermənistan hərbi təxribata əl ataraq, aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri ağır silahlardan atəşə tutub. Ermənistanın hücumları nəticəsində dinc Azərbaycan əhalisi arasında uşaqlar da daxil olmaqla 6 nəfər həlak olub, 33 nəfər isə ağır yaralanıb. Öz növbəsində, Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verib, əks-həmlə nəticəsində strateji əhəmiyyətli mövqeləri işğaldan azad edib. Aprel hadisələrindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni işğalından tamamilə azad olunub.




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
AİHM-in qərarı erməni “təbliğat maşını”nın növbəti fiaskosudur
27.05.2020
Bu gün Azərbaycan ən nüfuzlu və sürətlə inkişaf edən dövlətlər sırasına daxildir
27.05.2020
Ermənistanın Azərbaycana qarşı Avropa Məhkəməsi ilə bağlı nə isə tələb irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur
27.05.2020
Avropa Məhkəməsinin Ramil Səfərovun işi ilə bağlı qərarı Azərbaycanın üzərinə heç bir beynəlxalq hüquqi öhdəlik qoymur
27.05.2020
Azərbaycanın müstəqilliyi dönməz və əbədidir!

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
3 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
4 Energetika nazirinə yeni müavin təyin olunub
5 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info