“Koronavirusla bağlı dövlət tərəfindən atılan addımlara xalqımız evdə qalmaqla dəstək olmalıdır”
Tarix: 01.04.2020 | Saat: 13:12:00 | E-mail | Çapa göndər


Nərgiz Xələf: “Aprelin 2-də isə QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçiriləcək. Şuranın məqsədi mövcud vəziyyətdə QHT-lərin fəaliyyətinin çevik əlaqələndirilməsi və bu istiqamətdə görüləcək işlərin effektivliyini daha da artırmaqdır”

“Artıq sahibkarlara dövlət dəstəyinin göstərilməsi üçün 9 proqram hazırlanıb. Şəffaf işləyən sahibkarlar dövlət dəstəyi proqramından faydalana biləcək. 300 mindən çox işçinin əmək haqqının bir hissəsini dövlət ödəyəcək”

Bu gün koronavirusun ölkəmizdə geniş yayılmaması üçün milli həmrəyliyə böyük ehtiyac var. Bu virusa qarşı mübarizədə dövlət bütün lazımı önləyici tədbirləri görüb, eyni zamanda iqtisadi vəziyyəti ayaqda saxlamaq üçün əhaliyə sosial yardım paketləri veriləcək. Məqsəd isə insanların maksimum şəkildə sağlamlığını qorumaq və sosial rifahı yaxşılaşdırmaqdır. Belə bir məqamda isə insanların üzərinə düşən əsas məsuliyyət karantin rejiminin tələblərinə riayət etməkdir. Bunun üçün də insanlar evdə qalmaqla həm özlərini, həm də ətrafdakıları qorumuş olurlar. Artıq bu istiqamətdə vətəndaş cəmiyyəti də təbliğatı gücləndirib. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası bu baxımdan vətəndaş cəmiyyətini ayağa qaldıraraq müxtəlif səpkili kampaniyalar keçirir. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf "Palitra"ya müsahibəsində bu istiqamətə görülmüş və görüləcək işlər haqqında ətraflı danışıb.

“Önəmli olan Azərbaycanın bu sınaqdan milli həmrəyliyi, dövlətlə birliyi, sivil cəmiyyət forması nümayiş etdirərək, nümunəvi şəkildə çıxmasıdır. Biz həm özümüzə, həm də bütün dünyaya göstərməliyik ki, böyük xalqıq. Hər zaman olduğu kimi, həmrəylik bizim əsas silahimiz olacaq”

- Koronavirusa qarşı mübarizədə milli birliyin göstərilməsi nə dərəcədə önəmlidir?

- Bu gün dünya mənfi mənada da olsa tarixi bir dönəm yaşanır. Biz əgər vaxtı ilə pandemiya haqqında yalnız kitablardan oxuyurdur. Məsələn, büyük şair Aleksadr Sergeyiviç Puşkinin o dövrdə evdə qalımağa məcbur olub əsərlərini ərsəyə gətirdiyini tarixi fakt kimi dərsliklərdən məlummatlanırdıq. Bu gün isə bunu həyatımızda yaşayırıq. Bu çox böyük bir sınaqdır. Mən bu hadisənin nə üçün, necə nədən qaynaqlandığından danışıb, dünya siyasətinə nəzər salmağı düşünmürəm. Qloballaşmanın da öz təsirləri vardır. Önəmli olan Azərbaycanın bu sınaqdan milli həmrəyliyi, dövlətlə birliyi, sivil cəmiyyət forması nümayiş etdirərək, nümunəvi şəkildə çıxmasıdır. Biz həm özümüzə, həm də bütün dünyaya göstərməliyik ki, böyük xalqıq.
Hər zaman olduğu kimi, həmrəylik bizim əsas silahimiz olacaq. Cənab Prezident də çıxışlarında dəfələrlə vurğulamışdır ki, birlik və həmrəylik müxtəlif dövrlərdə ən mürəkkəb məsələlərin öhdəsində uğurla gəlməyə, bütün sınaqlardan üzüağ, şərəflə çıxmağa imkan verib və milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir.

- Bu istiqamətdə dövlətin atdığı addımları necə qiymətləndirirsiz?

- Azərbaycan dövləti xalqın sağlamlığını, bu pandemiyanın yayılmasının qarşısını almaq üçün vaxtında, çevik işə başladığının şahidi olduq. Ölkə başçısının tez zamanda məsələyə müdaxilə etməsi, Nazirlər Kabineti yanında Operativ Qərargahın, Koronavirusa qarşı Mübarizəyə Dəstək Fondununun, yaxın günlərdə yüksək standartlara cavab verən xəstəxananın, maska istehsalını nəzərdə tutan zavodun yaradılması bunun göstəricisidir. Bilirik ki, koronavirus infeksiyasının yayılması fonunda ölkələr özlərini təcrid vəziyyətinə salırlar, iqtisadi əlaqələr pozulur və nəticə etibarilə iqtisadi fəallığın zəifləməsi məşğulluğa mənfi təsir göstərir. Buna görə də fondun yaradılması ilə Azərbaycanda fəsadlardan əziyyət çəkmiş sahibkarlara dövlət öz maliyyə dəstəyini göstərəcək, sahibkarların işçiləri ixtisar etməməsinin qarşısını alacaq, makroiqtisadi sabitliyin təmin edilməsinə nail olacaqdır. Artıq sahibkarlara dövlət dəstəyinin göstərilməsi üçün 9 proqram hazırlanıb. Şəffaf işləyən sahibkarlar dövlət dəstəyi proqramından faydalana biləcək. 300 mindən çox işçinin əmək haqqının bir hissəsini dövlət ödəyəcək.

“Evdə qalmaqla insanlar həm özlərini, həm də ailə üzvlərini qorumuş olur, özləri infeksiyaya yoluxmur və digərləri üçün təhlükə yaratmırlar. Biz özümüz yaxınlarımızı ətrafımızı məsuliyyətlə davranmağa, qəbul edilmiş qaydaları pozmamamağa dəvət etməli, sosial şəbəkələr vasitəsilə evdə qalmağın mühüm əhəmiyyətini təbliğ etməlik”

- Belə bir vəziyyətdə cəmiyyətin üzərinə hansı məsuliyyət düşür?

-Dövlət tərəfindən atılan addımlara xalqımız evdə qalmaqla dəstək olmalıdır. Bu gün bütün dünyada, o cümlədən də Azərbaycanda koronavirus infeksiyasının yayılmasına yol verməməyin, xəstəliyə yoluxmamağın ən etibarlı yolu evdə qalmaqdır. Evdə qalmaqla insanlar həm özlərini, həm də ailə üzvlərini qorumuş olur, özləri infeksiyaya yoluxmur və digərləri üçün təhlükə yaratmırlar. Biz özümüz yaxınlarımızı ətrafımızı məsuliyyətlə davranmağa, qəbul edilmiş qaydaları pozmamamağa dəvət etməli, sosial şəbəkələr vasitəsilə evdə qalmağın mühüm əhəmiyyətini təbliğ etməlik. Evdə qalmağı isə heç də mənfi alqılamamalı, əksinə ailəmizin, evimizin zövqünu daha çox almaq şansı kimi qəbul etməliyik. Yalnız bu üsulla biz dövlətlə ölkəmizin üçün, bizim hər birimiz üçün asan olmayan bir durumda vətəndaş cəmiyyətinin əhəmiyyətini vurğulamaq vacibdir.

- Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası koronavirusa qarşı mübarizə istiqamətində hansı işlər görür?

- İlk öncə söyləyim ki, Şura üzvləri və katiblik cənab Prezidentin çağırışına cavab verərək Koronavirusa qarşı Mübarizəyə Dəstək Fondununa öz məvaciblərindən ianə etmişdir. Bu addımdan sonra 50-dən çox təşkilat Fonda ianə etmiş oldu.
Digər önəmli məqam odur ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərdə QHT-lərin yaxından iştirakını təmin etmək üçün mühüm təşəbbüslə çıxış etmiş oldu. Belə ki, Şura müvafiq dövlət qurumları ilə birgə həyata keçirdiyi 9 qrant müsabiqələrinin qalibi olan 56 layihənin mövzularını və fəaliyyət planını dəyişərək koronavirusla mübarizə tədbirlərinə yönəltməyi təklif etdi. Qrant layihələrinin qalibi olan təşkilatlar tərəfindən isə bu təklif çox müsbət qiymətləndirilmiş oldu. Hal-hazırda Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Real TV ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə "Evdə qal, cəmiyyəti qoru" monitorinq və məlumatlandırma kampaniyasına başlamışdır. Kampaniya çərçivəsində təşkilat rəhbərləri Bakının müxtəlif rayonlarında, icimai yerlərdə insanlarımızla ünsiyyət qurur, Nazirlər Kabineti yanında Operativ Qərərgahın qaydalarına riayət etməyin önəmini çatdırır, monitorinq həyata keçirirlər. Monitorinqin nəticələri isə Şura tərəfindən Operativ Qərərgaha təqdim olunur. Şura tərəfindən həyata keçirilən "Evdə qal, cəmiyyəti qoru" adlı kampaniyaya artıq bir çox təşkilatlar qoşulmuşdur. Kampaniyaya qoşulan təşkilatların sayı hər gün artmaqdadır. 70-dən çox təşkilat vətəndaş cəmiyyəti tərəfindən cəmiyyətdə monirorinq aparılır, maarifləndirmə işinə töhfə verilir. Təşkilatlar sırasında kampaniyaya maraqlı üsulla qoşulanlar oldu, məsəslən, bir təşkilat kampaniyaya 1000 tibbi maska ianə etmiş oldu.
Aprelin 2-də isə QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçiriləcək. Şuranın məqsədi mövcud vəziyyətdə QHT-lərin fəaliyyətinin çevik əlaqələndirilməsi və bu istiqamətdə görüləcək işlərin effektivliyini daha da artırmaqdır. Fürsətdən istifadə edib kampaniyaya qoşulan, Fonda ianə köçürən və ümumiyyətlə, bu istiqamətdə Şuranın gördüyü işlərdə aktiv iştirak edən hər bir QHT-yə minnətdarlığımızı bildiririk.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
28.05.2020
“Stalinlə Rəsulzadə Moskvada bir binada yaşayıblar“
22.05.2020
“Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
21.05.2020
“Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
21.05.2020
“Koronavirus uşaqlarda əsasən simptomsuz keçir”
19.05.2020
“Koronavirusla mübarizə birliyimizi göstərən əsaslı nümunədir”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info