AmCham koronavirusla mübarizəyə dəstək verir
Tarix: 01.04.2020 | Saat: 13:19:00 | E-mail | Çapa göndər


Ölkə əhalisinin sağlamlığının qorunması və koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə tədbirlərin tərkib hissəsi kimi Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsinə Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) da qoşulub. Belə ki, AmCham Direktorlar Şurasının bu məqsədlə qəbul etdiyi 25 Mart 2020-ci il tarixli qərarına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min manat vəsait ianə edilmişdir.
AmCham COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bütün tədbirləri dəstəkləyir. Əlavə olaraq, COVID-19 pandemiyasının, eləcə də qlobal enerji və səhm bazarlarında baş verən böhranın Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyinə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı AmChamın tərkibində fəaliyyət göstərən sahəvi komitələr tərəfindən təkliflər hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim edilmişdir.
Qeyd edək ki, AmCham xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış AmCham iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 280-dən çox üzv şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Məhərrəm ayı bu tarixdə başlayacaq
26.05.2020
Çimərliklərdə koronavirusun profilaktikasına dair metodiki göstərişlər təsdiqlənib
26.05.2020
Rabitəbank Ramazan bayramında aztəmaninatlı tənha yaşayan ahılları sevindirdi
25.05.2020
Pandemiya Bakı sakinlərinin 44%-nin maddi durumuna təsir edib
24.05.2020
Ramazan bayramının qaydaları

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
3 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
4 Energetika nazirinə yeni müavin təyin olunub
5 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info