Tibb üzrə ekspert Rasif Bağırov: “Görülən işlər koronovirusa qarşı mübarizədə effekt verəcək, amma qaydalara əməl edilməlidir”
Tarix: 01.04.2020 | Saat: 13:19:00 | E-mail | Çapa göndər


“Əhalinin qaydalara əməl edərək evdə qalması koronavirus infeksiyasının inkişafının qarşısının alınmasında böyük rol oynayacaq”

Dünyada qlobal problemə çevrilən koronovirusun yayılma miqyası daha da artır və bu gün 800 mindən çox insan bu virusa yoluxub. Virusa qarşı mübarizə tədbirləri bütün dünyada, o cümlədən ölkəmizdə də davam edir. Bu tədbirlərin nəticəsidir ki, bu pandemiyanın yayıldığı bir çox ölkələrdən fərqli olaraq hazırda ölkəmizdə vəziyyət acınacaqlı deyil. Amma vəziyyətin daha da pisləşməməsi üçün əhalinin dövlətin elan etdiyi qaydalara ciddi şəkildə əməl etməli vacibdir. Müsahibimiz tibb üzrə ekspert Rasif Bağırov da qaydalara əməl edilməsinin son dərəcə vacib bir məsələ olduğunu qeyd etdi:
- Koronovirusa qarşı mübarizədə ölkəmizdə bir sıra tədbirlər həyata keçirilir. Bu istiqamətdə görülən işləri necə dəyərləndirirsiniz?

“Panikaya düşməyə əsas yoxdur. Burada xəstənin yüksək temperatunun və quru öskürəyin olması ən əsas əlamətlərdir. Temperatur və öskürək varsa, ilk növbədə təcili yardıma müraciət edilməlidir”

- Ölkədə koronovirusa qarşı dövlət tərəfindən aparılan tədbirlər qənaətbəxşdir, kifayət qədər izolyasiya prosesləri aparılır, insanların lazım olan yerdə karantində saxlanması və buradakı şərait əlverişlidir. Spirt və maskaların istehsalı və paylanması sürətlənəcək. Güman edirəm ki, görülən işlər koronovirusa qarşı mübarizədə öz effektini verəcək, amma qaydalara əməl edilməlidir. Bir daha deyirəm ki, əhalinin qaydalara əməl edərək evdə qalması koronavirus infeksiyasının inkişafının qarşısının alınmasında böyük rol oynayacaq.

- İndi elə bir vəziyyət yaranıb ki, insanlar ani bir ağrı hiss etdikdə panikaya düşürlər. Hansı əlamətləri hiss etdikdə həkimə müraciət etmək daha məqsədəuyğundur?

- Bu gün müşahidə edirik ki, insanlar qorxurlar, ağciyər, döş qəfəsi ətrafında baş verən hər hansı bir hərəkətdən, hissiyyatdan koronovirusa yoluxduqlarını düşünür, panikaya düşürlər. Əslində panikaya düşməyə əsas yoxdur. Burada xəstənin yüksək temperatunun və quru öskürəyin olması ən əsas əlamətlərdir. Temperatur və öskürək varsa, ilk növbədə təcili yardıma müraciət edilməlidir və onlar analizi götürüb bir gün sonra xəstəyə məlumat verirlər ki, sizdən götürülən testdə koronavirus aşkarlanıb, yoxsa yox. Əgər, koronavirus yoxdursa xəstə adi qaydada müalicə olunur, yaxud bu virus aşkarlanıbsa təbii ki, ona qarşı dövlət tərəfindən nəzərdə tutulmuş icbari tədbirlər həyata keçirilir.

-Mütəxəssis olaraq əhaliyə özlərini qorumaları üçün hansı tövsiyələriniz var...

- Koronavirusdan qorunmaq üçün insanların kütləvi olduğu yerlərə getmək lazım deyil. Ən yaxşısı evd qalmaq, sosial izolyasiyadır. İnsanlarla danışarkən məsafə saxlamaq lazımdır. Çünki virus əsasən hava-damcı yolu ilə yayılan bir virus olduğuna görə məsafə saxlamaq lazımdır. İnsanlarla çox kontaktda olmamağa çalışmaq lazımdır. Ev şəraitində olmaq daha yaxşıdır. Eyni zamanda spirt tərkibli dezinfeksiya edicilərdən istifadə etməklə evdə qapı dəstəkləri və ən çox istifadə olunun əşyaların tez-tez təmizlənməsi lazımdır. Eləcə də əllərin tez-tez yuyulması əsas şərtlərdən biridir. Bir də imkan daxilində çalışmaq lazımdır ki, burun, göz, qulağa əllə toxunulmasın.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Mayın 30-dan 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq
27.05.2020
Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir!
26.05.2020
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
26.05.2020
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən açıqlama
26.05.2020
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
3 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
4 Energetika nazirinə yeni müavin təyin olunub
5 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info