Vüqar İskəndərov: “Hər birimiz dövlətimizin yanında olmalı və atılan addımlara adekvat dəstək verməliyik!”
Tarix: 01.04.2020 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


"Hər birimiz dövlətimizin yanında olmalı və atılan addımlara adekvat dəstək verməliyik!" Bu sözləri millət vəkili Vüqar İskəndərov vətəndaşlara müraciətində bildirib. Xüsusilə də rayonlarda yaşayan insanlara ünvanlanmış müraciətdə deyilir:
"Əziz həmvətənlərim, hazırda koronavirus pandemiyası dünyanı cənginə alıb. Ölkəmizdə bu epidemiyanın qarşısını almaq üçün bütün tədbirlər həyata keçirilib və davam etdirilir. Ancaq təəssüflər olsun ki, bu xəstəliyə yoluxmamaq üçün yalnız bu tədbirlər kifayət etmir. Vətəndaş olaraq hər şeyi dövlətin üzərinə atmamalıyıq. Əgər bu pandemiya dünya miqyaslı bir bəlaya çevrilibsə, deməli hər birimiz dövlətimizin yanında olmalı və atılan addımlara adekvat dəstək verməliyik!
Çox təəssüf ki, xüsusən mərkəzdən kənar ərazilərdə hələ də bu fəlakətə inanmayan və məsuliyyətini dərk etməyən insanlar var. Evdə qalmaq əvəzinə kənd “cimgə”lərinə yığışan, hər xırda işdən ötrü küçəyə çıxan, gəzən insanların şahidi oluruq. Hələ də dərk etmirik ki, bu məsuliyyətsizliyimizlə öz doğmalarımızı itirməyin astanasındayıq. Bu xəstəliyə yoluxmamağın bir yolu sosial izolyasiya və özünütəcriddir. Buna mütləq əməl etməliyik.
Xüsusən yaşlı insanlar evdən çıxmasınlar. Onlar bizim böyüklərimiz, əzizlərimizdir. Indiki vaxtda hər bir gəncin mənəvi borcudur ki, onların köməyinə çatsın. Yaşlı insanların evdən çıxmaması üçün zəruri olan nə lazımdırsa gənclər etməlidir. Şəkidə Heydər Əliyev Mərkəzində olan qərargahım daim Şəki sakinlərinin üzünə açıqdır. Həmçinin qərargahda kifayət qədər də könüllü gənclər var ki, onlar yaşlı insanlara sosial dəstək verməyə hazırdırlar. Bununla yanaşı vuqariskenderov.com saytı da daim aktivdir və müraciətlərinizi elektron qaydada edə bilərsiniz.
Sonda isə xalqımızın hər bir nümayəndəsindən xahiş edirəm ki, hər işdə olduğu kimi bu çətin gündə də ölkə rəhbərimizin ətrafında sıx birləşək və bu bəlanı dəf edək. Biz birlikdə güclüyük!!"




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
AİHM-in qərarı erməni “təbliğat maşını”nın növbəti fiaskosudur
27.05.2020
Bu gün Azərbaycan ən nüfuzlu və sürətlə inkişaf edən dövlətlər sırasına daxildir
27.05.2020
Ermənistanın Azərbaycana qarşı Avropa Məhkəməsi ilə bağlı nə isə tələb irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur
27.05.2020
Avropa Məhkəməsinin Ramil Səfərovun işi ilə bağlı qərarı Azərbaycanın üzərinə heç bir beynəlxalq hüquqi öhdəlik qoymur
27.05.2020
Azərbaycanın müstəqilliyi dönməz və əbədidir!

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
3 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
4 Energetika nazirinə yeni müavin təyin olunub
5 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info