“300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
Tarix: 02.04.2020 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


Ruslan Atakişiyev: “Günəmuzd, qeyri-rəsmi yerlərdə məsələn, Sədərək ticarət mərkəzi, bazarlarda çalışanlar var və heç bir müqaviləsi yoxdur, həmin şəxslərə dəstək məqsədi ilə onlara işsizliyə görə müavinətin verilməsi, o cümlədən ünvanlı sosial yardımın dairəsinin genişləndirilməsi hesabına bu dəstəyin göstərilməsi planlaşdırılır”


Ölkəmizdə koronovirus pandemiyasının iqtisadi və sosial fəsadlarını minimuma endirmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Bu istiqamətdə görülən işlərdən biri də dövlət başçısının tapşırığına əsasən genişmiqyaslı iqtisadi və sosial paketin hazırlanmasıdır. Ölkə başçısı bildirib ki, bu genişmiqyaslı iqtisadi və sosial paket həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək, eyni zamanda, həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaq: "Bizim əsas məqsədimiz, ilk növbədə, vətəndaşların təhlükəsizliyidir, sağlamlığıdır və onların rifahıdır.Ona görə həm xəstəliyə qarşı mübarizə, həm iqtisadi fəallığın təmin edilməsi, həm sosial məsələlərin həlli, hər bir vətəndaşın problemlərinin dərk edilməsi və kömək göstərmə cəhdlərimiz və niyyətimiz, bizim siyasətimizi əks etdirir, eyni zamanda, Azərbaycan vətəndaşlarına hesab edirəm ki, ən gözəl xidmət olacaqdır".

“Belə bir proqramın qəbul edilməsi bir neçə istiqamətdən əhəmiyyətlidir. Birinci növbədə koronovirus pandemiyası şəraitində əhalinin izolyasiya tədbirləri çərçivəsində maksimum qorunması, yəni sosial, iqtisadi baxımdan müdafiəsi məsələsidir. İkincisi isə əhəmiyyəti ondan ibarətdir ki, koronovirus dövrü bitdikdən sonra Azərbaycan iqtisadi mühitinin, sahibkarlığının, dayanıqlı inkişafın təmin olunmasını nəzərdə tutur”

Bu gün iqtisadçılar da ölkədəki pandemiyanın fəsadlarını aradan qalmaq istiqamətində hazırlanmış sosial-iqtisadi paketi yüksək qiymətləndirirlər. İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev "Palitra"ya bildirdi ki, son dövrlər koronovirus pandemiyasının yayılması ilə əlaqədar olaraq ölkədə tətbiq olunan karantin rejimi nəticəsində iqtisadiyyata zərərlərin minimuma endirilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən ölkə başçısına tədbirlər tədbirlər planı təqdim olunub ki, bu 9 istiqaməti əhatə edir: "Burada əsas prioritet məsələ əhalinin sosial müdafiəsinin təmin olunmasıdır. Bu istiqamətlərdən biri pandemiya ilə bağlı karantin rejiminin tətbiqi nəticəsində birinci növbədə təsirə məruz qalan sahələrin müəyyənlədirilməisidir. Burada 12-yə yaxın sahə müəyyənləşdirilib ki, onlar əsasən, nəqliyyat, ticarətin bəzi istiqamətləri, turizm sektoru, otelçilik və ictimai iaişə obyektləri və s. Ümumiyyətlə, burada siyasət müəssisələrdə çalışan muzdlu işlərin sosial müdafiəsini nəzərdə tutur. Burada araşdırma nəticəsində 300 minə yaxın işçinin olduğu müəyyənləşdirilib. Bu da o müəssisələrə aiddir ki, şəffaf fəaliyyət göstərirlər. Həmin işçilərin əməkhaqqı fondunun 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi öz əksini tapır. Burada meyar götürülüb ki, 2019-cu ilin sonuna orta əməkhaqqı 712 manatdır. Mahiyyət odur ki, əgər bir müəssisədə işçi 900 manar maaş alırsa o 712 manat ən maksimim məbləğ kimi götürüləcək, yəni dövlət 350 manat ödəyəcək. Yaxud 300 manat maaşın 100, yaxud 500 manatın 250 manatının dövlət ödəyəcək. Bununla bağlı sahibkarlıq subyektlərinə xəbərdarlıq edilmişdi ki, pandemiya dövründə işçiləri ixtisar etməsinlər, işdən çıxarmasınlar, öz hesablarına məzuniyyətə göndərməsinlər. Digər bir sosial dəstək ondan ibarətdir ki, günəmuzd, qeyri-rəsmi yerlərdə məsələn, Sədərək ticarət mərkəzi, bazarlarda çalışanlar var və heç bir müqaviləsi yoxdur, həmin şəxslərə dəstək məqsədi ilə onlara işsizliyə görə müavinətin verilməsi, o cümlədən ünvanlı sosial yardımın dairəsinin genişləndirilməsi hesabına bu dəstəyin göstərilməsi planlaşdırılır".
R.Atakişiyevin sözlərinə görə, digər məsələ, vergi güzəştlərinin həyata keçirilməsidir ki, xüsusən də apteklərin, əhalini ən çox ərzaqla təmin edən qida sektorlarıdır ki, onların müvəqqəti olaraq əlavə dəyər vergisindən azad edilməsi nəzərdə tutulur: "O cümlədən bunun həmin məhsulları istehsal edənlərə də şamil edilməsi gözlənilir. Eləcə də indi həmin təsirə məruz qalan müəssisələrin rüblük hesabat dövrüdür ki, onun iyul ayına keçirilməsi, o cümlədən 2019-cu il üzrə hesablanmış məfəət vergiləri ki var, ödəmələrin ertələnməsidir. Həmçinin sadələşdirilmiş, məfəət, əlavə dəyər vergi ödəyiciləri ki var, onlar pandemiyanın təsirinə məruz qalırsa ,bu dövrdə əhaliyə xidmət göstərirsə onların da vergi dərəcələrində müəyyən dəstəyin göstərilməsi nəzərdə tutulur".
İqtisadçının fikrincə, bununla yanaşı olaraq kreditlərin verilməsi ilə bağlı dövlət bir sıra proqramlar da işləyir. Proqramlardan biri sahibkarlıq subyektlərinə təqdim olunan kredirlərdir ki, burada da şərt qoyulur ki, 15-16 faizdən yuxarı olmasın və onun yarı hissəsinin dövlət tərəfindən faizinin ödənilməsi nəzərdə tutulur. O cümlədən, kreditlərin orta hesabla 1 milyardlıq manat kredit paketi hazırlanır ki, onun 60 faizinə yaxına dövlət tərəfindən zəmanətin verilməsi planlaşdırılır. Eləcə də təhsil haqqını ödəyə bilməyən tələbələrə dəstəyin göstərilməsinin də planlaşdırıldığını deyən iqtisadçının sözlərinə görə, bu da onunla əlaqədardır ki, hazırda bir sıra universitetlərdə mart ayının əvvəlində tədris dayandığına görə tələbələr tətilə buraxılmışdı, onların valideynləri pandemiya ilə bağlı işsiz vəziyyətə düşür, yaxud ödəmə qabiliyyəti aşağı düşür, bu da nəticədə universitetlərdə çalışan müəllimlərin də maaşının gecikməsi ehtimalı yaradır. Bu baxımdan tələbədən pul ala bilməyəndə universitet müəllimlərin maaşının verilməsi də çətin olur, bu proqramda tələbələrə təhsil haqları ilə bağlı dəstəyin olması kimi məsələlər də öz əksini tapıb. R.Atakişiyev onu da bildirdi ki, belə bir proqramın qəbul edilməsi bir neçə istiqamətdən əhəmiyyətlidir: " Birinci növbədə koronovirus pandemiyası şəraitində əhalinin izolyasiya tədbirləri çərçivəsində maksimum qorunması, yəni sosial, iqtisadi baxımdan müdafiəsi məsələsidir. İkincisi isə əhəmiyyəti ondan ibarətdir ki, koronovirus dövrü bitdikdən sonra Azərbaycan iqtisadi mühitinin, sahibkarlığının, dayanıqlı inkişafın təmin olunmasını nəzərdə tutur. Üçüncüsü isə burada şəfaflıq məsələdir ki, şəffaf işləyən şirkətlər tam şəkildə arxayın olacaq ki, düzgün işlədiyi zaman onları müdaiə edən, dəstəkləyən dövlət var və digərləri üçün də şəffaflaşmaq üçün stimul yaranacaq".

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
Daha ehtiyacımız böyük deyil – Buğda idxalını 60 faiz azaltmışıq
26.05.2020
Zaqatalanın çay plantasiyalarında mövsümün ilk məhsulu yığılır
26.05.2020
Azəri-Çıraq-Günəşli yatağı payın satın alınması vəsaitləri olan hər kəs üçün cəlbedici imkan olaraq qalır
26.05.2020
Azərbaycanda avtomobil benzininin istehsalı artıb
24.05.2020
Azərbaycan innovativ ideyaların tətbiqində çevik addımlar atır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Qiyməli pendirli yemək resepti -VİDEO
3 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
4 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
5 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info