“Sağlam immun sistem üçün, sağlam bağırsaq florasının olması çox vacibdir!”
Tarix: 03.04.2020 | Saat: 10:40:00 | E-mail | Çapa göndər


Pediatr Günay Rəsulova: “Bu səbəbdən günlük qida rasionunuzda bağırsaq florasını normallaşdıran təbii probiotik bakteriyaları ilə zəngin qidalar mütləq yer almalıdır”

Hazırda bütün dünyada pandemiyaya səbəb olan yeni növ koronavirusun(COVID-19) bəşəriyyət üçün ciddi təhlükə yaratdığı bir vaxtda insanları ən çox düşündürən suallardan biri də “immuniteti necə gücləndirməli?”dir. Bununla bağlı isə körpə uşaqlı ana və atalar daha çox narahatlıq keçirirlər. Mövzu ilə bağlı danışan Pediatr Günay Rəsulova valideynlərə, ümumilikdə hər kəsə immunitetinin gücləndirilməsi üçün bir sıra vacib məsləhət və tövsiyyələr verib:
“İmmun sisteminizi gücləndirən və qoruyan yararlı bakteriyaları vücudunuzda çoxaldın! Bunlar nədir? Təbii probiotiklər.
Sağlam immun sistem üçün, sağlam bağırsaq florasının olması çox vacibdir! Bu səbəbdən günlük qida rasionunuzda bağırsaq florasını normallaşdıran təbii probiotik bakteriyaları ilə zəngin qidalar mütləq yer almalıdır”.
Həkim deyir ki, tərkibində təbii probiotik olan əsas 2 qida evdə hazırlanan qatıq və kefirdir: “Qatıq və kefirin tərkibindəki Lactobacillus bulgaris və Streptococcus thermophilus bakteriyaları sayəsində bağırsaq florası düzənli çalışır və immun sistemini qaydasına salır. Bəzi durumlarda, tez-tez xəstələnməyə bağlı antibiotik istifadəsindən sonra, stress faktoru, balanslı qidalanmama, zərərli qida vərdişləri varsa, bu qidalarla alınan yararlı bakteriyalar yetərli olmaya bilər və immun sistem zəifləyə bilər. Bu durumlarda, əsasən də ardıcıl antibiotik istifadəsindən sonra analar qatığı mayalandırarkən qatığa probiotik əlavə edərək qatıqda olan faydalı bakteriyaların sayını artıra və daha sağlam bağırsaq florasının yaranmasına kömək edə bilər.
Yeri gəlmişkən mütləq vurğulamalıyam ki, dərman, preparat şəklində alınan probiotiklər eyni faydanı vermədiyi üçün, mümkün qədər probiotikləri təbii şəkildə qəbul edib, övladınıza da təbii formada verməyə çalışmalısınız. Bu səbəbdəndir ki, təyin olunan hər antibiotikin yanında uşaqlara profilaktik olaraq dərman formasında probiotik təyin etmirik. İstisna hal olaraq, qastroenteritlərdə (qusma, ishal) simptomların davametmə müddətini qısaltdığına görə təyin edirik. Sağlam qidalanın, Sağlam olun!”.
Tural




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
“Sonsuzluğun müasir müalicə metodları“
01.06.2020
Uzun ömürlülərin içkisi – Mədəaltı vəzini bərpa edir
31.05.2020
“Bu xəstəlik bir yerdə dayanmır, inkişaf etdikcə əvvəl-axır oynağı tam dağıdır“
30.05.2020
Dodaqda quruluq, çatlar, qızartı, qaşınma nəyin əlamətidir?
29.05.2020
2 yaşına qədər uşaqlara bu 2 məhsulu verməyin!

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
2 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
3 Badımcan sırdağı - VİDEO
4 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info