Tətbiq edilən qaydalara etinasız yanaşan hər kəsin yaşından asılı olmayaraq koronavirusa yoluxma riski yüksəkdir
Tarix: 03.04.2020 | Saat: 14:59:00 | E-mail | Çapa göndər



Koronavirus (COVID-19) infeksiyası ölkəmizə gətirilmə infeksiyadır. Lakin son zamanlar infeksiyaya ölkədaxili yoluxma hallarına rast gəlinir və artım qeydə alınır. Bunun da səbəbi tətbiq edilən qaydalara, daxili normalara riayət etməyən vətəndaşlardır. Bəziləri virusa yoluxmayacağını düşünür, qaydalara əməl etmirlər. Onlar özlərinə deyil, həkimlərə, dövlətin tapşırıqlarına güvənməlidirlər. Bəzi vətəndaşlar isə virusun olmadığını düşünürlər. Onlar şaiyələrə uyur, qeyri-rəsmi mənbələrə istinad edirlər. Həmin vətəndaşlara demək istərdim ki, virus olmasa idi, dünyanın ən inkişaf etmiş, müasir ölkələrində, bütün qitələrdə xəstəlik yayılmazdı, bu qədər karantin rejimi və ona müvafiq qaydalar tətbiq edilməzdi.


AZƏRTAC xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev deyib.

“Bildiyimiz kimi koronavirus Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemik virus elan olunub. Koronavirus demək olar ki, bütün ölkələri, qitələri bürüyüb.

Azərbaycanda digər dövlətlərdən fərqli olaraq vaxtında qabaqlayıcı tədbirlər görülüb. Ölkəmizdə əks-epidemik tədbirlər hələ də davam etdirilir. Vətəndaşlara bir daha müraciət edirəm ki, hökumətin tətbiq etdiyi karantin rejiminə riayət etsinlər. Özlərini bilərəkdən ölümün qucağına atmasınlar. Böyüklər özlərini qorusunlar, cavanlara, gənclərə küçəyə səbəbsiz çıxmamağı aşılasınlar.

Dövlət əhalinin sağlamlığının qayğısına qalır. Əhalinin sağlamlığının etibarlı qorunması Prezident İlham Əliyevin hər zaman diqqət mərkəzindədir. Belə olmasa idi, bu qədər sərmayə sərf edilib ölkəmiz üçün lazımi preparatlar, avadanlıqlar gətirilməzdi.

Ölkəmizin infeksiya ilə mübarizə aparmaq gücü var. Lakin vətəndaşlar da bu çətin vəziyyətdə atılan müvəqqəti və məcburi addımlara riayət etməklə infeksiyaya ilə mübarizəyə kömək edə bilərlər. Bundan sonra virusun yayılmasının qarşısının alınmasında müsbət nəticə əldə etmək olar.

Əhaliyə bir daha müraciət edirəm, dövlətin bu qədər tədbirlər gördüyü bir vaxtda, həkimlərin də əmək sərf etdiyi, həyatlarını riskə atdığı bir dönəmdə tətbiq edilən karantin rejiminin qaydalarına riayət etsinlər. Əks halda, həmin şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri görüləcək.

İnsanlar infeksiyanın yayılma mexanizmini o qədər dərindən bilmədikləri üçün tətbiq olunan qaydalara etinasiz münasibət göstərirlər. Xəstəliyə yoluxma orqanizmin müdafiə qüvvəsindən asılıdır. Epidemiyadan fərqli olaraq pandemiya zamanı böyüklü-kiçikli hamı yoluxur. Bu o deməkdir ki, yaşından asılı olmayaraq sağlamlığına biganə yanaşanların, qaydalara etinasız münasibət göstərənlərin hamısının yoluxma riski yüksəkdir. Məsuliyyətli davranmaq lazımdır. İnsanlar laqeyd davranaraq özlərinin, yaxınlarının, ətrafdakıların həyatını riskə atmamalıdırlar.

Ona görə də evlərinizi, mənzillərinizi boş-boşuna, səbəbsiz tərk etməyin, bütün gigiyenik normativlərə riayət edin, tez-tez otağınızın havasını dəyişin. Eyvanınız varsa, çıxıb hava ala bilərsiniz. İstifadə etdiyiniz əşyaları, mətbəxdəki qab-qacağı dezinfeksiya edin. Evə daxil olan kimi mütləq əllərinizi yuyun. Yaxşı olardı ki, küçəyə çıxanda maska və əlcəklərdən istifadə edilsin. Evə gəldikdə isə onları mütləq dəyişmək lazımdır.

Əgər sizin hərarətiniz varsa, təcili tibbi yardıma, sahə həkimlərinə müraciət edin. Bu təkcə koronavirus infeksiyasına deyil, adi qripə, kəskin respirator xəstəliklərə də aiddir. Yalnız həkim təyinatından sonra müalicəyə başlamaq lazımdır. Özbaşına, tanışların məsləhəti ilə dərman qəbulu yolverilməzdir”, - deyə baş epidemioloq qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
2 yaşına qədər uşaqlara bu 2 məhsulu verməyin!
28.05.2020
Uşağın boğazı ağrıyırsa, ona dondurma verin
25.05.2020
Nəyə görə kişilər acı qırmızı bibər yeməlidir - 5 aydası
24.05.2020
Yeganə Rəşidova: Tiklər oğlan uşaqları arasında daha çox müşahidə olunur
23.05.2020
Ürək xəstəliklərindən qorunmağın səmərəli üsulu açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info