Azərbaycana testlərlə bağlı dəstəyimiz elə də böyük deyil, hökumət özü daha çox test alır
Tarix: 03.04.2020 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


“Koronavirusa yoluxanların sayı 1 milyonu keçib. Virusa yoluxanların sayının getdikcə daha da artması gözlənilən idi, çünki yoluxma sürətlə artır. Virusun bəlkə də əvvəldən təxmin etdiyimizdən də çox yoluxuculuğu ola bilər deyə düşünürəm”.

APA-nın məlumatına görə, bunu APA TV-yə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, hazırda dünyanın bir çox ölkəsi karantin rejimləri tətbiq etməklə virusun yayılma artım sürətini azaltmağa çalışır: “Qaydalara, tövsiyələrə əməl etmək, diqqətli olmaq lazımdır”.

H. Harmançı xəstəlik ilk başladığı dövrlərdə Ümumdünya Səhiyyə Təşkilatının diaqnostik testlərlə bağlı Azərbaycan hökumətinə dəstək göstərdiyini də deyib.
“Onda test əldə etmək daha çətin idi, indi bir az daha asandır. Artıq hökumətlər özləri testləri ala bilir. Bizim Azərbaycan hökumətinə diaqnostik testlərlə bağlı göstərdiyimiz dəstək çox da böyük deyil. Hökumət özü daha çox test alır”, - deyə o vurğulayıb.
H. Harmancı ÜST olaraq Azərbaycana xəstəxanalarda istifadə olunan müəyyən miqdarda maska, əlcək kimi şəxsi qoruyucu vasitələr gətirdiklərini də bildirib: “Bu miqdar çox az olsa da, bir xəstəxanada dərhal lazım olan ehtiyacı qarşılayıb. Az da olsa dəstək verə bildiksə, buna sevinirik. Lakin bu qoruyucu vasitələrin çox hissəsini yenə də hökumət özü alır”.




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
AİHM-in qərarı erməni “təbliğat maşını”nın növbəti fiaskosudur
27.05.2020
Bu gün Azərbaycan ən nüfuzlu və sürətlə inkişaf edən dövlətlər sırasına daxildir
27.05.2020
Ermənistanın Azərbaycana qarşı Avropa Məhkəməsi ilə bağlı nə isə tələb irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur
27.05.2020
Avropa Məhkəməsinin Ramil Səfərovun işi ilə bağlı qərarı Azərbaycanın üzərinə heç bir beynəlxalq hüquqi öhdəlik qoymur
27.05.2020
Azərbaycanın müstəqilliyi dönməz və əbədidir!

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
3 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
4 Energetika nazirinə yeni müavin təyin olunub
5 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info