“Azərenerji“: Fasiləsizlik və keyfiyyətlilik bizim əsas iş prinsipimizdir
Tarix: 03.04.2020 | Saat: 20:47:00 | E-mail | Çapa göndər


Elektrik enerjisinin təchizatı bütün ölkəmizi əhatə edir. Xəstəxanalardan, banklardan tutmuş digər sahələrə qədər. Çünki həyat əhəmiyyətlidir. Biz əgər vətəndaşlara "evdə qal" deyiriksə, onların elektrik enerjisi təmin olunmalıdır. Təbii ki, biz də bunu təmin edirik. Fasiləsizlik və keyfiyyətlilik bizim əsas iş prinsipimizdir.
Palitra-nın məlumatına görə, bunu “Azərenerji” ASC İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev deyib.
Onun sözlərinə görə, elektrik enerjisi sahəsində - elektrik enerjisinin istehsalı, ötürülməsi və idarəetməsi sahəsində çalışan insanlar hamısı mütəxəssislərdir:

“Sistem operatorlarına gəldikdə isə deyə bilərəm ki, elektrik enerjisi istehsal olunur, ötürülür və bunun bir idarəetməsi var. Sistem operatorlarının enerjinin baş idarəetmə mərkəzində, dispetçer idarəetmə mərkəzində, yəni bunların idarə olunması çox spesifik bir sahədir. Ona görə də bu mütəxəssislərin fəaliyyəti və səhhətlərinin qorunması çox önəmlidir”.

T.Abdullayev bildirib ki, “Azərenerji”də yenidənqurma və bərpa işləri əvvəlki qaydada davam etdirilir:

“Yarımstansiya təmir olunursa, biz bunun fəaliyyətini tam dayandırıb təmir etmirik. Bu təmir hissə-hissə baş verir. Həmçinin elektrik stansiyalarında. Koronavirus infeksiyası var deyə, biz bunu dayandıra bilmərik. Çünki tələbat var. Tələbat qalxır, düşür, ona görə də bütün bunlar nəzərə alınmalıdır. Üzü yaya getdiyi üçün, yayda da təlabatın artması gözlənilir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
28.05.2020
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
28.05.2020
Azərbaycanda 28 May - Respublika Günü qeyd olunur
27.05.2020
“Azərbaycan toylarının yerini heç nə vermir”- Amerikalı sahibkar ölkəmiz haqqında-VİDEO
27.05.2020
Türk Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycan xalını təbrik edib
27.05.2020
Xorvatiya Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
3 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
4 Energetika nazirinə yeni müavin təyin olunub
5 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info