Tənha şəxslərə xidmət göstərənlərə evdən çıxmaq üçün icazə veriləcək
Tarix: 03.04.2020 | Saat: 22:31:00 | E-mail | Çapa göndər


Bu gün ən çox daxil olan suallardan biri də tənha insanlara xidmət göstərən şəxslərlə bağlıdır.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov “Real” TV-nin efirində deyib.
Onun sözlərinə görə, hazırda tənha insanların evdən çıxması qadağandır. Digər tərəfdən, onların fiziki imkanları məhdud olduğu üçün də ümumiyyətlə evdən çıxa bilmirlər:
"Tənha insanlara 3-5 ildir ki, xidmət göstərən şəxslər var. Amma həmin insanlar xidmət göstərdikləri
tənha insanların evlərinə gələ bilməyəcəklər, çünki artıq evdən çıxma qadağandır. Digər tərəfdən, onlar rəsmi olaraq, sosial işçi kimi qeydiyyatda deyillər. Bunu nəzərə alaraq tənha insanlara xidmət edənlərə hərəkət azadlığı verilir. Sadəcə olaraq, bunun üçün onların icaze.gov.az saytına girib icazə alması lazımdır.

İ.Məmmədov hesab edir ki, icazələr insanların səbəbsiz yerə evdən çıxmasının qarşısını alacaq:

"Bu halda vətəndaş tərəfindən polislərə qarşı yersiz şikayətlər də ola bilməz, çünki insan faktoru aradan qaldırılır. icazə ilə insanlar çox rahat işə gedib gələcəklər".
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.
Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb.




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Mayın 30-dan 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq
27.05.2020
Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir!
26.05.2020
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
26.05.2020
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən açıqlama
26.05.2020
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
3 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
4 Energetika nazirinə yeni müavin təyin olunub
5 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info