GMO-nun zərərləri
Tarix: 05.04.2020 | Saat: 19:45:00 | E-mail | Çapa göndər


Allah Qurani kərimdə GMO haqqında nə deyir? Gəlin Əvvəlcə Qurani Kərimə nəzər salaq, sonra GMO məhsullarının insan orqanizminə vurduğu fəsadlar və GMO nun nə olduğuna diqqətimizi yönəldək.
Bəqərə surəsi 211- ci ayə -Allah buyurur :
"Allahın nemətinə nail olandan sonra, onu dəyişdirənlərə (geninin modifikasiya olunması) Allah şiddətli əzab verəcəkdir".
Nisa surəsi 119- cu ayə. Allah buyurur:
Şeytan dediki : "Onları hökmən doğru yoldan sapdıracaq, puç xülyalara salacaq və Allahın yaratdıqlarını dəyişdirməyi (genin modifikasiya olunması) əmr edəcəyəm" .
Bəqərə surəsi 205- ci ayə. Allah buyurur :
"Yer üzündə fitnə fəsad törətməyə, əkini və nəsli məhv etməyə çalışar. Halbuki Allah fitnə fəsad sevməz"
GMO nədir?
GMO-(Geni Modifikasiya Olunmuş) bir orqanizmə məxsus irsi məlumatların (DNA və RNA) biotexnoloji şəkildə dəyişdirilməsidir. Canlı bir orqanizmdəki hər hansı bir funksiyanın və ya canlının xarici quruluşunun xüsusiyyətini genetik olaraq dəyişdirə bilər.
Misal üçün, qütblərdə yaşayan bir balığın soyuğa dözümlülük genetikası hansısa bir çiyələyə və ya pomidora tətbiq edilərsə, nəticədə soyuğa dözümlü çiyələklər və ya pomidor yetişdirilə bilər.
Bəs GMO-nın zərərləri nədir?
GMO-nun insanlarda immun və həzm sisteminə pis təsir göstərməsi və immun sisteminin zəifləməsinə səbəb olduğu üçün, bədənin xəstəliklərə həssaslığınin yaranması, yüksək allergiya, həzm pozğunluğu, hormonal pozuntular kimi fəsadlara səbəb olur.
Qurani Kərimdə Bəqərə surəsi 205- ci ayədə də deyildiyi kimi, GMO əkini və insan nəslini məhv edər. Belə ki, Vyana Universitetində siçanlar üzərində aparılan tədqiqatlar, GMO pomidoru yeyən siçovulların üç nəsildən sonra qısır olduğunu göstərib. Prof.Dr.Kenan Demirkol da bununla bağlı belə bir fikir söyləmişdi: "İnsan həyatı siçandan uzun olur. İnsanların 30 yaşında evlənəcəyini düşünsək, bunu başa düşməyimiz üçün 90-100 il gözləyəcəyikmi? "
GMO məhsulları və onlarla əlaqəli insektisidlər quşlar, böcəklər, amfibiyalar, arılar, kəpənəklər, balıqlar kimi zərərsiz canlıların ölümünə səbəb olmaqla dənizdəki ekosistemə və torpaqdakı orqanizmlərə zərər verir. Bu zərərli kimyəvi maddələr biomüxtəlifliyi azaldır və su ehtiyatlarını çirkləndirir.
Hansı məhsullar GMO-ludur? Bunu necə müəyyən edə bilərik?
Dünya üzərində çox sayda qidanın genetikasının dəyişdirildiyi üçün bunu müəyyən etmək çox çətindir. Yer fındığından tutmuş, kartofa, qarğıdalıya çiyələyə, qarpıza,bibər və pomidora kimi bəzi bir çox qidaların geni modifikasiya olunmuşdur və olunmaqdadır.Ancaq GMO məhsulları müxtəlif yollarla ayırd etmək olar.
1.Hamar və içində çürüyü olmayan meyvə və tərəvəzlər. Adətən belə məhsullar GMO məhsullardır.
2. Ölçü bərabərliyi bir birinə yaxın olan məhsullar almaqdan ehtiyat edin.
3. Mövsümü olmadan satılan meyvə və tərəvəzlər GMO məhsulları ola bilər.
4.Xüsusilə pomidor və bibər kimi toxumlu məhsullarda toxumların az və ya olmamasına diqqət yetirməlisiniz. Az və ya heç bir toxumu olmayan məhsullar GMO olaraq hazırlanmışdır.
5.GMO məhsullarının xarici səthləri ümumiyyətlə sürüşkən və yağlı bir təbəqəyə malikdir. Meyvə və tərəvəz alarkən bunun belə olub olmadığına diqqət yetirin.
6. Günlərlə açıq havada qaldıqda çürüməyən meyvə və tərəvəzlər də GMO məhsullar ola bilər.
Ölkədə GMO məhsullarını qadağan edən hüquqi sənədlərin qəbul olunmasına baxmayaraq, bu cür məhsullar hələ də bazarda mövcuddur. Maksimal dərəcədə çalışmalıyıq ki, belə qidalardan uzaq duraq,yerli məhsulları istehlak edək ki, işbazların bazarını bu cür zəiflətmiş olarıq.
Qida Texnoloqu Ağa Salamov.




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
2 yaşına qədər uşaqlara bu 2 məhsulu verməyin!
28.05.2020
Uşağın boğazı ağrıyırsa, ona dondurma verin
25.05.2020
Nəyə görə kişilər acı qırmızı bibər yeməlidir - 5 aydası
24.05.2020
Yeganə Rəşidova: Tiklər oğlan uşaqları arasında daha çox müşahidə olunur
23.05.2020
Ürək xəstəliklərindən qorunmağın səmərəli üsulu açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info