Kuklaçıların çağırışı
Tarix: 06.04.2020 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


Koronovirus pandemiyası ilə bağlı ölkənin bütün teatr-konsert müəssisələri kimi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da işini karantin qaydalarına uyğun şəkildə quraraq tamaşaçılarına evdə qalmaqla tamaşa izləmək imkanı verir.
Belə ki, teatrın sosial şəbəkə ünvanları, eləcə də Youtube kanalında bir neçə populyar tamaşa yerləşdirilib. Əlavə olaraq “evdə qal” çağırışına qoşulan sevilən kuklaçı aktyorlar balaca tamaşaçılarına evdə qalmaq və bununla özünü qorumağın mümkünlüyü barədə çağırışlar edirlər.
Təbii ki, uşaqların diqqətini cəlb etmək üçün müxtəlif məşhur kukla obrazları və personajların geyimi, kuklaları və səsləndirmələrində videoçarxlar hazırlayan aktyorlar ölkə miqyaslı çağırışa özünəməxsus dəstək olmağa çalışırlar.
Daha çox sosial şəbəkə hesablarından canlı yayımlar edən aktyorlar dünya və xalq ədəbiyyatından nümunələr, nağıllar, pyeslər səsləndirir, tamaşalardan səhnəciklər də göstərirlər.
Teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyası da sosial izolyasiya çağırışlarına balaca aktyorların dilindən qoşulur və həvəskar aktyorlar böyüklərə müraciətlər edərək sosial təcridə səsləyirlər.
Onu da qeyd edək ki, teatrın bir neçə tamaşası “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində bu həftədən etibarən “Mədəniyyət” kanalında da nümayiş etdiriləcək.




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Akademik Musiqili Teatr “Ər və arvad“ tamaşasının 110 yaşını qeyd edir
24.05.2020
“TRT Rusça” 24 maydan yayıma başladı
23.05.2020
Torpaq biomüxtəlifliyi mövzusunda foto və video müsabiqə elan edilib
21.05.2020
“Təhminə və Zaur“ un altıncı mərtəbəsi-VIDEO
20.05.2020
“O olmasın, bu olsun” tamaşası onlayn göstəriləcək

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
3 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar
4 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
5 Qiyməli pendirli yemək resepti -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info