Biləsuvar Rayon İcra Hakimiyyətinin təkzibi
Tarix: 06.04.2020 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


Biləsuvar Rayon İcra Hakimiyyətinin təkzibini təqdim edirik: Biləsuvar Rayon İcra Hakimiyyəti bildirir ki, 05 aprel 2020-ci il tarixdə YouTube-də yayımlanan Media Tv kanalında “Biləsuvarlılar öz torpaqlarını Kərəm Həsənovdan İcarəyə götürürlər” başlıqlı video materialda qeyd olunan faktlar reallığı əks etdirmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il tarixli 924 saylı sərəncamı ilə Səmədabad kəndi ərazisindəki 1000 hektar Dövlət fond torpağının təyinatı dəyişdirilərək 2018- ci ildən “Avanqard” MMC kənd təsərrüfatı müəssisəsinə verilmişdir. Həmin ərazi MMC-yə verilərkən oradakı bir neçə rayon sakininin örüş torpaqları digər ərazilərlə əvəzlənməsi nəzərdə tutulmuşdur. İcarədarlar onlara təklif olunan ərazilərdən imtina etmişlər. Sonradan ayrı-ayrı qurumlara etdikləri müraciətlərə görə “Avanqard” MMC tərəfindən onların hər birinə müvəqqəti olaraq pambıq əkmək üçün 5 hektar torpaq sahəsi ayrılmışdır. Məsələ bu formada öz həllini tapmışdır. Media Tv kanalı tərəfindən 05 aprel 2020-ci il tarixdə qərəzli şəkildə təkrarən yayımlanması kanalın öz çirkin məqsədləri üçün Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı və müxtəlif dövlət orqanlarında çalışan ayrı-ayrı vəzifəli şəxsləri barədə növbəti şər və böhtan kampaniyası apardığı görünür. Bu tip materialları cəmiyyətə sırımağa çalışan Media Tv bə digər bu kimi internet kanalları əsasən ölkə rəhbərinin yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi ilə bağlı çağırışlarından sui-istifadə edərək yerli icra hakimiyyətlərini dövlət orqanı kimi nüfuzdan salmağa cəhd göstərir, reketlik etməklə asan gəlir mənbəyi tapmaq üçün ayrı-ayrı vəzifəli şəxsləri hədəfə alır. Media Tv-nin rəhbərliyinin diqqətinə çatdırırıq ki, kanalda sui-istifadəyə yol verilərək paylaşılan bu video materiallara görə hüquqi məsuliyyət daşıyır və dəfələrlə yol verdiyi oxşar hərəkətlərə görə Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmə orqanlarına müraciət ediləcəkdir.




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
26.05.2020
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən açıqlama
26.05.2020
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb
25.05.2020
Azərbaycan Xalq Cümhuriyyəti – istiqlaliyyət dastanı!
25.05.2020
Yunanıstandakı soydaşlarımız Ramazan bayramını qeyd ediblər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11531

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
3 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
4 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
5 Energetika nazirinə yeni müavin təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info