Pensiya və ünvanlı dövlət sosial yardımlarının ödəniş qrafikləri xüsusi karantin rejimi müddətinə dəyişdirilib
Tarix: 06.04.2020 | Saat: 16:38:00 | E-mail | Çapa göndər



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşlara müraciət edib.


APA-nın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası əhalinin nəzərinə çatdırır ki, “COVİD - 19” pandemiyası ilə əlaqədar olaraq, bankomatlar qarşısında vətəndaş sıxlığının olmaması məqsədilə əmək pensiyalarının, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərinin, eləcə də ünvanlı dövlət sosial yardımlarının (ÜDSY) ödəniş qrafikləri xüsusi karantin rejimi müddətinə dəyişdirilib.

Belə ki, pensiyaların Sumqayıt şəhəri və Abşeron rayonu, Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi və Qaradağ rayonları üzrə ayın 8-də, Bakının Nizami, Nərimanov və Xətai rayonları üzrə ayın 9-da, Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə ayın 10-da, respublikanın digər rayonları, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə isə ayın 15-də ödənilməsi müəyyən edilib.

Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri ayın 20-si və 21-i tarixlərində, ÜDSY ödənişi isə ayın 28-i tarixində təmin ediləcək: "Pandemiya ilə əlaqədar yaşı 65 daha yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub. Bu səbəbdən həmin yaş qruplarında olan şəxslərə bank kartlarına köçürülmüş vəsaitlərini ailə üzvlərinin və ya 142 - Çağrı Mərkəzinə müraciət etməklə sosial xidmətçilərin yardımı ilə, tənha ahıllara isə bank kartına köçürülmüş sosial ödənişini sosial xidmətçinin yardımı ilə əldə etməsi tövsiyə olunur.

Eyni zamanda xüsusi karantin rejimi müddətində pensiya, müavniət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişlərinizi istənilən bankın bankomatından, eləcə də "Azərpoçt"un istənilən bankomat və ya posterminallarından hər hansı əlavə faiz tutulmadan əldə edə bilərsiniz.

Hər hansı sualınız olacağı təqdirdə, 142 - Çağrı Mərkəzinə müraciət edə bilərsiniz".




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib
27.05.2020
Vladimir Zelenski Prezident İlham Əliyevi təbrik edib
27.05.2020
Albaniya Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
27.05.2020
Estoniyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
27.05.2020
ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü bəyan edildi

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11531

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
3 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
4 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
5 Energetika nazirinə yeni müavin təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info