Azərbaycan Dövlət Rəsm Qalereyası virtual sərgi təşkil edib
Tarix: 06.04.2020 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


Aprelin 6-da Azərbaycan Dövlət Rəsm Qalereyası “Evdə qal-qalib gəl!” layihəsi çərçivəsində “Evim, gözəl evim” virtual sərgi təşkil edib.

AZƏRTAC xəbər verir ki, qalereya sənətsevərləri xüsusi karantin rejimi və sosial izoliyasiya şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq virtual sərgini izləməyə dəvət edir. Virtual sərgi müxtəlif texnikada və məişət mövzusunu əhatə edən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan əsərlərdən ibarətdir.

Sərgidə Adil Hacıyev, Hafiz Zeynalov, Qafar Seyfullayev, İbrahim Rzayev, Məmməd Mustafayev, Böyükağa Mirzəzadə, Tağı Tağıyev, Niyaz Nəcəfov, Fuad Qafarov, Cahangir Rüstəmov, Çingiz Fərzəliyev, Ağa Mehdiyev, Fikrət Bağırov, Həsən Haqverdiyev, Faiq Ağayev kimi rəssamların əsərləri yer alır.

Virtual sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
Gözəl mahnı möhtəşəm ifada
26.05.2020
“Muğam ustadları” layihəsi unudulmaz pedaqoq Nəriman Əliyevə həsr olunub
26.05.2020
Ədəbiyyatın əbədiyaşarlıq ünvanı
26.05.2020
Milli rəqslərimiz İsveçdə maraqla qarşılanıb
25.05.2020
Akademik Musiqili Teatr “Ər və arvad“ tamaşasının 110 yaşını qeyd edir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11531

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
3 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
4 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
5 Energetika nazirinə yeni müavin təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info