Ağstafada 100-dən çox ailəyə yardım sovqatları paylanılıb
Tarix: 06.04.2020 | Saat: 19:42:00 | E-mail | Çapa göndər



Ağstafa Aqrar Sənaye Kompleksi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon Şöbəsi ilə birgə yardım aksiyası keçirib.

Trend-in məlumatına görə, aksiya çərçivəsində Ağstafa rayonu üzrə müəyyən olunmuş siyahı əsasında aztəminatlı ailələrə və 65 yaşdan yuxarı tənha imkansız şəxslərə 1 aylıq tələbata uyğun müxtəlif ərzaq məhsullarından ibarət yardım sovqatları paylanıb.
100-dən artıq ailənin yardım aldığı aksiya zamanı onlara yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı qorunmaları və evdə qalmaları barədə izahlar verilmiş və bu barədə məlumat vərəqələri də sovqatlarla bərabər təqdim edilib.

Yardım alanlar karantin günlərində onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və aksiya nümayəndələrinə minnətdarlıqlarını bildiriblər. Dövlət başçısının ölkəmizdə virusa yoluxma hallarına qarşı mübarizə məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq sosial həmrəylik nümayiş etdirmək məqsədilə həyata keçirilmiş xeyriyyə kompaniyası koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejiminin qaydalarına əməl olunması və evdə qal çağırışının təmin olunması məqsədilə təşkil olunub.




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
Çimərliklərdə koronavirusun profilaktikasına dair metodiki göstərişlər təsdiqlənib
26.05.2020
Rabitəbank Ramazan bayramında aztəmaninatlı tənha yaşayan ahılları sevindirdi
25.05.2020
Pandemiya Bakı sakinlərinin 44%-nin maddi durumuna təsir edib
24.05.2020
Ramazan bayramının qaydaları
24.05.2020
“Aşıq Şəmşir” Mədəniyyət Ocağından aztəminatlı ailələrə sovqat

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11531

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
3 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
4 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
5 Energetika nazirinə yeni müavin təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info