Ailə NET istifadəçiləri üçün “Palitranews.az”-a giriş aylıq abunədən asılı olmayaraq açıq olacaq
Tarix: 06.04.2020 | Saat: 21:09:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi ölkənin ilk rəqəmsal kabel televiziyası və optik internet provayderi olan Ailə TV genişləndirilmiş sosial güzəştlər təklifini davam etdirir. Belə ki, yerli TV kanallar və ən aktual internet səhifələrinə giriş hər-kəsə pulsuz təklif edilib. Ailə TV mətbuata aid saytların siyahısına isə Palitra qəzetinin saytı olan Palitranews.az-ı da əlavə edib.

Dünyada qlobal səviyyədə yayılmış koronovirus pandemiyası ilə mübarizədə ən effektiv vasitə evdə qalmaqdır. İnsanların evdə daha çox vaxt keçirdiyini nəzərə alaraq Ailə TV də öz yayım şəbəkəsində bu gündən bütün yerli TV kanalları ödənişsiz etmişdir. Karantin dövrü ərzində Azərbaycan TV kanallarını izləmək üçün aylıq abunə tələb olunmayacaq. Bundan əlavə Ailə TV abunəçiləri karantin dövründə daha çox TV kanal izləsinlər deyə rəqəmsal kabel televiziyası xidmətində 116 TV kanaldan ibarət əsas paketə +72 TV kanaldan ibarət Ailə+ paketi pulsuz əlavə olunmuşdur.

Şirkətdə hesab edirlər ki, bu güzəştlər insanlara evdə vaxtlarını daha səmərəli keçirməyə səbəb olacaq və eyni zamanda həyati əhəmiyyət daşıyan, vacib məlumatları televiziya vasitəsilə əldə etmək imkanı yaradacaq. Eyni zamanda Ailə NET internet xidmətinin abunəçiləri üçün də bir-çox əsas və hal-hazırkı durumda əhəmiyyətli olan veb-resurslara giriş aylıq abunədən asılı olmayaraq açıq olacaq. Bura bir-sıra elektron dövlət portalları, xəbər saytları və onlayn ödəniş xidmətləri daxildir.
Xəbər saytlarının siyahısı:
sia.az
day.az
oxu.az
trend.az
marja.az
faktor.az
haqqin.az
massa.az
azertag.az
qafqazinfo.az
palitranews.az
salamnews.org


Xatırladaq ki, Bir-neçə gün öncə Ailə TV televiziya və internet xidmətləri provayderinin yeni növ koronovirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində tibb işçilərini həm TV həm də İnternet xidmətləri ilə təmənnasız təmin etmişdir (bit.ly/nokorona). Bu şirkətin start verdiyi geniş sosial aksiyalar proqramının ilkin mərhələsi idi.

Yuxarıda sadalanan güzəştlərdən əlavə, hər zaman öz sosial öhdəliklərinə həssas yanaşan Ailə TV televiziya və internet xidmətləri operatoru pandemiya ilə əlaqədar abunəçilərdə yaranmış müxtəlif çətin vəziyyətləri nəzərə alır, hər birinə individual yanaşmaqla TV xidmətinə aylıq abunəsi bitən izləyicilərin xəttini ayırmamağa çalışır.

Sonda Ailə TV bir daha hər-kəsi bu çətin durumda həmrəy olmağa çağırır və güzəştli televiziya və internet xidmətlərindən istifadə etməyə dəvət edir.




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Məhərrəm ayı bu tarixdə başlayacaq
26.05.2020
Çimərliklərdə koronavirusun profilaktikasına dair metodiki göstərişlər təsdiqlənib
26.05.2020
Rabitəbank Ramazan bayramında aztəmaninatlı tənha yaşayan ahılları sevindirdi
25.05.2020
Pandemiya Bakı sakinlərinin 44%-nin maddi durumuna təsir edib
24.05.2020
Ramazan bayramının qaydaları

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11531

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
3 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
4 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
5 Energetika nazirinə yeni müavin təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info