“Prezident pandemiya ilə mübarizədə xalqımızı və dövlətimizi az itki ilə çıxaracaq”
Tarix: 06.04.2020 | Saat: 23:16:00 | E-mail | Çapa göndər


Millət vəkili: “Daha güclü və qüdrətli Azərbaycan naminə xalqımız dövləti və Prezidenti ilə həmrəy olacaq!”

“Bu gün dünyada milyardlarla insanın adi həyat və məişətini tamamilə dəyişdirən koronavirus pandemiyası daha da sürətlə alovlanmaq davam edir. Ölkələrin bir-biri ilə məlumat mübadiləsi dünya kütləvi informasiya vasitələrinin xəbərləri demək olar ki, yalnız pandemiya xəbərlərinə həsr olunub. Hər gün yüzlərlə yeni ölümlər və yoluxma xəbərləri. Bu isə bütun bəşəriyyəti sarsıdıb və kədərləndirir”. Bu barədə millət vəkili İlham Məmmədov verdiyi açıqlamada bildirib. O qeyd edib ki, həmrəylik və birliyin bu bəlaya qarşı yeganə silah olduğunu artıq hamı dərk etməyə başlayır: “Lakin ölkəmizdəki “milli şura” adlandırılan bir qrup “virus”, insürlər Azərbaycanda da formalaşan bu birliyi bu xalq-dövlət həmrəyliyini parçalamaq üçün yollar arayır, şər-böhtan kampaniyaları ilə beşinci kalon olaraq təxribatlar törətməyə çalışırlar. Ölkəmizdəki 5 ci kolonun “virusları” hələ də başa düşə bilmirlər ki, bu gün yaranmış olan ağır situasiya çox ciddi məsələdir -xalqımızın, genofondumuzun sağlamlığı, milli və dövlətimizin təhlükəsizliyi məsələsidir. Çünki onlar üçün Vətən, xalq, dövlət anlayışı yoxdur. Özünü müxalifət adlandıran bu ünsürlərdən ibarət “milli şura” rəhbərləri iddia edirlər ki, guya Azərbaycan hökuməti koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədi ilə tətbiq edilən ciddi karantin rejimindən siyasi rəqiblərinə qarşı istifadə edir. Olduqca absurd və gülünc bir iddiadır”.
Millət vəkili deyir ki, belə ağır günlərdə absurd iddialarla, dezinformasiya yaymaqla radikallar xalqın gözündən daha da düşmüş olurlar: “Azərbaycan xalqının tarixin zibilliyinə çoxdan atdıgı belə “mikrobları”, çürüntüləri necə dövlətimizə rəqib hesab etmək olar? Sadəcə, artıq güclü və qüdrətli, hüququn aliliyinin, vətəndaş-iqtidar birliyinin, umummilli həmrəyliyin yarandığı Azərbaycanımızı bundan sonra kiminsə əl uzadaraq qarışdırmasına imkan vermərik. Bu gün Azərbaycan dövlətinin, onun Prezidentinin yalnız bir qayğısı var ki, o da bəşəriyyətə müharibə elan etmiş COVID-19 pandemiyasi ilə mübarizədə xalqımızı və dövlətimizi az itki ilə çıxarmaqdır. Prezident xalqının dəstəyi ilə bu çətin işin öhdəsindən də gələcək, dövlətimiz hazırkı ağır situasiyadan üzü ağ çıxacaq. Bu mübarizədə yeganə silahımız isə həmrəyliyimiz və birliyimizdir. Sizlər isə çürümüş beyinlərinizlə hələ də düşünürsünüz ki, bu birliyi dağıda bilərsiniz. Yaddan çıxarmayın, bu gün aparılan hüquqi- siyasi və iqtisadi islahatlar dövlətimizi, xalqımızı gücləndirir və bu islahatlar davam edəcək də. Daha güclü və qüdrətli Azərbaycan naminə xalqımız daima dövləti və Prezidenti ilə həmrəy olacaq!”.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Elmar Məmmədyarovun Türkiyəli həmkarı ilə telefon danışığı olub
24.05.2020
Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü Bob Bləkmən Prezident İlham Əliyevi təbrik edib
24.05.2020
“Ermənistan baş nazirinin Ramazan bayramı münasibətilə təbriki riyakarlığın ən yüksək səviyyəsidir“
24.05.2020
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Prezident İlham Əliyevi təbrik edib
24.05.2020
Ermənistanın Dağlıq Qarabağda saxta “seçkilər” keçirməsi təxribatdır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
3 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar
4 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
5 Qiyməli pendirli yemək resepti -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info