Dünyadan açıq mesaj: Qarabağ Azərbaycandır!
Tarix: 07.04.2020 | Saat: 14:13:00 | E-mail | Çapa göndər


Beynəlxalq ictimaiyyətin verdiyi mesaj ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş ərazilərində seçkilər yalnız Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində keçirilə bilər

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə olunmaqla yanaşı, münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə dəstək ifadə olunub

ABŞ Dövlət Departamenti Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində martın 31-də keçirilmiş qanunsuz “seçkilər”ə münasibət bildirib. Dövlət Departamenti dünya birliyinin digər dövlətləri kimi ABŞ-ın da Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığını bir daha bəyan edib, qondarma “seçkilər”in onun statusuna təsir göstərmədiyini vurğulayıb. Dövlət Departamenti ABŞ-ın münaqişənin sülh yolu ilə ədalətli və davamlı həllinə nail olmaq üçün tərəflərə dəstək göstərməyə ciddi şəkildə sadiq qaldığını və bu məqsədlə ATƏT-in Minsk qrupu çərçivəsində səyləri davam etdirdiyini bildirib. Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ilin aprel-noyabr aylarında Azərbaycan ərazilərinin işğalını pisləyən, erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün şərait yaradılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin mart ayında BMT Baş Assambleyası beynəlxalq birliyin Təhlükəsizlik Şurasının qətnamələrində ifadə edilmiş mövqeyini bir daha təsdiq edən 62/243 nömrəli qətnamə qəbul edib. BMT Təhlükəsizlik Şurasının həmin qətnamələri əsasında müxtəlif ölkələrin qanunverici orqanları və beynəlxalq təşkilatlar işğalçı erməni qüvvələrinin Azərbaycandan çıxarılmasını tələb edən onlarla qətnamə qəbul edilib. Xatırladaq ki, 2020-ci il martın 31-də Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edilmiş və ölkəmizin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edilmişdir. Əvvəlki illərdən fərqli olaraq müxtəlif ölkələr və beynəlxalq təşkilatlar tərəfindən verilmiş bəyanatların sayı daha da artıb. Həm də ölkələrin və beynəlxalq təşkilatların mövqeyi açıq bəyanat formasında ifadə edilib. “Seçkilər”ə dair münasibət Türkiyə, Ukrayna, Gürcüstan, Bosniya və Herseqovina, Moldova, Kanada, Avstraliya, Qoşulmama Hərəkatı, Türk Şurası, Türk Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf Təşkilatı-GUAM, ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, NATO, Çex Respublikası, Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan, Finlandiya, Almaniya, İtaliya, Monteneqro, Böyük Britaniya, Belçika, İsveç, Xorvatiya, İran və digərləri tərəfindən ifadə edilib. Siyahıdan məlum olur ki, Türkiyədən tutmuş uzaq Kanada və Avstraliyaya qədər, Türk Şurasından tutmuş NATO-ya qədər dünya ictimaiyyətinin rəyi yekdildir. Bəyanatlarda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma “seçkilər” tanınmır və qeyri-qanuni hesab olunur. ondarma “seçkilər”in keçirildiyi konstitusional və hüquqi çərçivə tanınmır və beləliklə “seçkilər” heç bir hüquqi qüvvəyə malik deyil. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə olunmaqla yanaşı, münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə dəstək ifadə olunub.Tərkibində Avropa, Asiya, Afrika, Latın Amerikası, Okeaniyadan 120 dövləti birləşdirən və BMT-dən sonra ikinci ən böyük siyasi təsisat sayılan Qoşulmama Hərəkatının yaydığı kommünike böyük əhəmiyyət kəsb edir. Qoşulmama Hərəkatı qeyd edilən mesajlardan əlavə, ərazilərin güc yolu ilə qəsb edilməsinin yolverilməz olduğunu və Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin heç bir ölkə tərəfindən tanınmayacağını vurğulayıb. Bəyanatlarda yer alan “Seçkilər”in konstitusional və hüquqi çərçivəsi tanınmır” ifadəsi ilə beynəlxalq ictimaiyyətin verdiyi mesaj ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş ərazilərində seçkilər yalnız Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində keçirilə bilər. “Seçkilərə” münasibətlə dünya ictimaiyyəti bir daha rəsmi Yerevana “qırmızı kart” göstərərək işğalın və onun nəticələrinin heç bir zaman qəbul edilməyəcəyi mesajını göndərmiş oldu. Bununla dünya həm də bir daha göstərdi ki, Qarabağ Azərbaycandır!

“Nacional” qəzeti : Ermənilər Qarabağa gəlmədirlər

Albaniyanın “Nacional” qəzetində isə ermənilərin Dağlıq Qarabağa gəlmə olduqlarından bəhs edən “Tarixi abidələr: Marağa – 150” sərlövhəli məqalə dərc olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən “Palitra”ya bildirilib ki, Albaniya – Azərbaycan Dostluq, Elm və Mədəniyyət Cəmiyyətinin sədri, tarixçi-alim Entela Muçonun köməyi ilə işıq üzü görən məqalənin müəllifi “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadədir. Məqalədə ermənilərin miqrasiyasına dair məlumatların bir çox yazılı mənbələrdə yer aldığı bildirilib, müxtəlif illərdə İrandan və Türkiyədən ermənilərin Azərbaycan torpaqlarına köç etmələri konkret faktlarla göstərilib. Qeyd edilib ki, 1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında imzalanan Türkmənçay müqaviləsindən sonra ermənilərin Azərbaycan ərazilərinə kütləvi şəkildə köçürülməsinə başlanıb. Təkcə 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən isə 90 min erməni Azərbaycana köçürülüb. Qəzetdə qeyd olunur: “...ermənilər Qarabağa gəlmələri münasibətilə “Marağa-150” abidəsini ucaldıblar. “Marağa-150” abidəsi 1978-ci ildə ermənilərin özləri tərəfindən İran Marağasından ilk 200 ailənin Qarabağa köçürülməsinin 150 illiyi ilə əlaqədar inşa edilib. Adi çay daşlarından qurulan abidənin üzərində erməni dilində “Marağa-150” yazısı öz əksini tapıb və oxşar abidələr Xankəndi şəhərində, Tərtər rayonunun Çaylı kəndində də inşa edilib”. Məqalədə qeyd olunur ki, 2016-cı ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelisi Tərtər rayonunda səfərdə olarkən Şıxarx kəndində “Marağa-150” abidəsinə baxıb və həmin abidənin şəkillərini çəkib. Qeyd edək ki, sözügedən mövzu artıq Albaniya dövlət radiosunun da diqqətini cəlb edib və radio tarixçi-alim Entela Muçonun iştirakı ilə bu mövzuda veriliş yayımlamaq niyyətindədir.

A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”
14.05.2020
“Dünya birliyi müasir Ermənistanın ən monoetnik ölkə olması barədə çox gözəl məlumatlandırılıb”
12.05.2020
“Azərbaycan BMT-yə özünün tam ərazi bütövlüyü çərçivəsində daxil olub”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info