Vüqar İskəndərov: Əfv Sərəncamı dövlət başçısının humanizm siyasətinin növbəti təzahürü olmaqla yanaşı, Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını bir daha təsdiqlədi
Tarix: 07.04.2020 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" 2020-ci il 6 aprel tarixli Sərəncamına əsasən 176 məhkumun, o cümlədən 165 kişi və 11 qadının cəzanın çəkilməmiş hissəsindən azad edilməsi dövlət başçısının humanizm siyasətinin növbəti təzahürüdür". Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
"Məhkum edilmiş şəxslərin əfv edilməsi hər şeydən əvvəl böyük humanizmdir",- deyən millət vəkili əlavə edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin humanizm ənənələrini davam etdirən Prezident İlham Əliyev tərəfindən əfv sərəncamlarının imzalanması artıq ənənə halını alıb və belə sərəncamların hər biri yüzlərlə vətəndaşımızın ailələrinə sonsuz sevinc bəxş edib: "Onu da deyim ki, dövlət başçısının imzaladığı qanunvericilik aktlarına əsasən, indiyə kimi 4871 şəxs əfv edilib.
Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları 40412 şəxsi əhatə edib, onlardan 8580 nəfər azadlıqdan məhrum etmə cəzasından azad olunub".
Sərəncamın yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı bir sır məhkumlara şamil olunduğuna diqqəti çəkən millət vəkili deyib ki, bu, eyni zamanda, Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını bir daha təsdiqlədi: "Çünki yeni növ koronavirus infeksiyası ilə mübarizə çərçivəsində atılan bu addım da bütün vətəndaşlarımız kimi məhkumların da sağlamlığının daim dövlətin diqqət mərkəzində olduğunu nümayiş etdirdi. Məhz buna görə də hesab edirəm ki, cəmiyyətimizdə, ictimai rəydə olduqca müsbət hadisə kimi qarşılanan bu addım ümumi ictimai həmrəylik baxımından əlamətdar hadisəyə çevrildi".
Əfv məsələsinə baxılarkən məhkumların və onların ailə üzvlərinin müraciətləri, məhkumların səhhəti, törətdikləri cinayətlər, cəza çəkdikləri müddətdə davranışları və digər məsələlərin nəzərə alındığını deyan Vüqar İskəndərov əfv olunanların dövlətin, şəxsən Prezident İlham Əliyevin bu humanist addımına adekvat reaksiya verəcəklərinə əmin olduğunu da bildirib: "Əminəm ki, Sərəncama əsasən əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxaracaq, Azərbaycan dövlətinin qanunlarına gələcəkdə dönmədən əməl edəcəklər".




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
Səudiyyə Ərəbistanının Kralı və vəliəhdi Prezident İlham Əliyevə təbrik məktubu göndəriblər
26.05.2020
Dağlıq Qarabağda keçirilmiş saxta “seçkilər“lə bağlı BTM-nin Baş katibinə məktub ünvanlanıb
26.05.2020
Rumıniyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
26.05.2020
Türkiyə televiziyası Azərbaycanın 28 May Respublika Gününü təntənə ilə qeyd edəcək
25.05.2020
Elmar Məmmədyarovun Türkiyəli həmkarı ilə telefon danışığı olub

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Qiyməli pendirli yemək resepti -VİDEO
3 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
4 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
5 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info