Ermənistanın fəlakətdən qaçması mümkün deyil
Tarix: 07.04.2020 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Koronavirus pandemiyası qlobal iqtisadiyyatda dalğalanmalara səbəb oldu. Artıq aydındır ki, COVID-19-a görə yaranan resessiya 2008-2009-cu illərdəki maliyyə böhranının yaratdığı resessiyadan daha dərin olacaq. 2009-cu ildə 1.7%-lik azalma ilə müqayisədə 2020-ci ildə real qlobal ÜDM 2.8% aşağı düşəcək. Zəif, dayanıqsız, ehtiyatları məhdud olan ölkələr isə bu böhranın ağrılarını daha çox hiss edəcək. Məsələn, Ermənistan kimi ölkənin fəlakətdən qaçması mümkün deyil.
Bunu Trend-ə açıqlamasında millət vəkili Emin Hacıyev deyib.
Millət vəkili qeyd edib ki, xaricdən asılılıq, daxili resursların və istehsalın aşağı olması Ermənistanı indiki vəziyyətdə iflic edəcək:
“Çünki hazırkı vəziyyətdə dünya iqtisadiyyatında ciddi dalğalanma var və bu, Ermənistana böyük miqyasda təsir göstərəcək. Bildiyiniz kimi, pandemiya ilə əlaqədar martın 25-dən aprelin 30-dək Rusiyada qeyri-iş günləri elan edilib. Bütün ölkələrdə olduğu kimi, Rusiyada da əmək fəaliyyətində ciddi məhdudiyyətlər olduğuna görə, 2020-ci ildə Ermənistana köçürmələrin həcmi 2019-cu illə müqayisədə xeyli aşağı olacaq. Məlumdur ki, yüz minlərlə erməni miqrant işləmək üçün Rusiyaya üz tutub, - 2019-cu ildə onların sayı, təxminən 3 dəfə artıb, - indiki halda onlar işsiz qalıb və öz evlərinə pul göndərmək imkanında da deyillər. Bu isə Ermənistan üçün iflic olmaq deməkdir, əhalinin ciddi sosial problemlərlə üzləşməsi deməkdir. Ötən il təkcə rəsmi qaydada, banklar vasitəsilə Rusiyadan Ermənistana pul köçürmələrinin həcmi 2 milyard dollara yaxın olub".

Deputat vurğulayıb ki, 2015-ci ildə bu rəqəm 1 milyarddan bir az artıq olub:

"Ermənistanın dövlət büdcəsi cəmi 6 milyarddan bir qədər artıqdır. Bu rəqəm özlüyündə ölkənin Rusiyadan, orada işləyən miqrantlardan nə qədər asılı olduğunu aydın ifadə edir. Ermənistan hakimiyyəti infeksiyanın qarşısının alınması tədbirlərində gecikdi. Nəticədə, bu ölkədə epidemiya böyük sürətlə yayılır. Üstəlik, iqtisadiyyatın seytnota düşmüş indiki durumunda hakimiyyətin müdaxilə imkanları, hansısa anti-böhran tədbirləri həyata keçirmək rıçaqları məhduddur. Çünki ölkənin ehtiyatları hansısa kompensasiya proqramlarının həyata keçirilməsinə imkan vermir. Belə halda, bu ölkədə onsuz da mövcud olan sosial problemlərin pik həddə çatacağı, siyasi kataklizmlərə çevriləcəyi qaçılmazdır”.

E.Hacıyev qeyd edib ki, Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər" də Ermənistan hakimiyyətinin öz xalqını düşünmədiyini ifadə edir:
“Dünyada bir neçə ölkədə də seçkilər nəzərdə tutulurdu, o cümlədən Rusiyada referendum keçirilməli idi, amma məlum pandemiyaya görə, təbii olaraq, təxirə salındı. Ermənistan rəhbərliyini isə heç bir xarici dövlətin, beynəlxalq təşkilatın tanımadığı və yalnız separatizmin güclənməsinə yönəlik “seçki” keçirməsi öz xalqını təhlükəyə atması, o cümlədən bəşəriyyətin bu bəlaya qarşı birləşdiyi bir dönəmdə yalnız öz maraqları, destruktiv ambisiyalarını təmin etmək marağının ifadəsidir”.




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
Azərbaycan hökuməti məcburi köçkünlərin problemlərinin həlli üçün əlindən gələni edir
26.05.2020
Heydər Əliyev Fondu artıq bir xeyirxahlıq ünvanı, ümid və inam ocağı kimi haqlı şöhrət qazanıb
26.05.2020
Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövr tariximizin ən şanlı dövrlərindən biridir
25.05.2020
Kriminal rejim vətəndaş cəmiyyəti adı altında təbliğ edilə bilməz
24.05.2020
Artıq Azərbaycan yeni texnologiyaların mərkəzinə çevrilib

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Qiyməli pendirli yemək resepti -VİDEO
3 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
4 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
5 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info