Fransa: COVID-19 virusu içməli su vasitəsilə yayıla bilərmi?
Tarix: 07.04.2020 | Saat: 17:31:00 | E-mail | Çapa göndər



Fransada son günlər əhali sosial şəbəkələr, eləcə də yerli kanallar vasitəsilə dərilərinin həddən çox quruması, bunun qaşınma yaratması, eləcə də suyun dadının dəyişməsi ilə bağlı narahatlıqlarını bölüşüblər. Bunun suda xlorun həcminin artırılması ilə bağlı olmasına dair fikirlər irəli yürüdülüb.


AZƏRTAC xəbər verir ki, su təchizatı ilə məşğul olan aidiyyəti qurumlar bu narahatlıqlarla bağlı sualları cavablandırıblar.
Su təchizatını təmin edən SUEZ şirkətinin baş direktorunun müavini Jan-Mark Bursye (Jean-Marc Boursier) suda xlorun həcminin artırılmasının onun dadına heç bir təsir göstərmədiyini və evlərdə istifadə olunan suyun 100 faiz təmiz içməli su olduğunu diqqətə çatdırıb.

Bildirib ki, bəzi istehlakçların təəssüratlarının əksinə olaraq suda xlorun həcminin artırılması onun dadına heç bir təsir göstərmir. Halbuki, Su üzrə Məlumat Mərkəzi isə evdə kranlardan gələn suyu içməzdən əvvəl qrafində bir az saxlamağı məsləhət görərək bildirib ki, bu vasitə ilə suda xlorun iyini azaltmaq olar.
Qeyd edilib ki, içməli suya xlor qatılması Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsidir və xlor suyun tərkibini təmizləyir və yoluxma riskini azaldır.
Regional Səhiyyə Agentliyi (ARS) isə COVID-19 virusu ilə bağlı bildirib ki, bu virusun içməli suda olması və yoluxma riski çox az mümkün ola bilər. Çünki koronavirus insandan insana ağız suyu damcıları (öskürərkən, asqırarkən, əllərin ağız suyuna dəyməsi) vasitəsilə ötürülür. Buna görə evlərdəki kranlardan gələn içməli su COVID-19 virusuna yoluxma riski yaratmır.




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
İzmir sahillərində 72 miqrant xilas edildi
26.05.2020
Qәrb ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt
26.05.2020
Türkiyədə təyyarə və qatar biletlərinin satışına başlandı
26.05.2020
“SunExpress” 4 iyundan uçuşlarına başlayır
25.05.2020
ABŞ Braziliyada olan əcnəbilərə girişi bağlayıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Qiyməli pendirli yemək resepti -VİDEO
3 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
4 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
5 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info