Zəminə Səfərova: “Əfv sərəncamının imzalanması dövlətin öz vətəndaşlarına verdiyi dəyərdir“
Tarix: 07.04.2020 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


“Yaşı 65-dən yuxarı olan 176 nəfərin əfv edilməsi yüksək humanistlik nümunəsidir”

Ölkə başçısının əfv sərəncamı koronovirus infeksiyanın yayılması ilə əlaqədar olaraq yaşına və səhhətinə görə, xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı bir sıra məhkumlara şamil olunub. Qeyd edək ki, dövlət başçısınım imzaladığı qanunveriilik aktlarına əsasən indiyə kimi 4871 nəfər şəxs əfv edilib. Son Sərəncama əsasən ümumilikdə 176 məhkum, o cümlədən 165 kişi, 11 qadın azad edilib. Ölkə başçısının növbəti sərəncamı da ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
Sosioloq Zəminə Səfərova "Palitra"ya bildirdi ki, dövlət başçısı tərəfindən azadlıqdan məhrumetmə cəzana məhkum olunmuş, yaşı 65-dən yuxarı olan 176 nəfərin əfv edilməsi yüksək humanistlik nümunəsidir: "Dünyanı bürümüş Covid-19 virusunun sürətlə yayılmasını nəzərə alaraq dövlət başçısının bu sərəncamı ilə hətta həbsxanalarda olan yaşlı insanlara da qayğı göstərməsinin mühüm əhəmiyyəti var. Dövlətin bu humanizm siyasəti, öz vətəndaşlarına humanist münasibətini əks etdirən mühüm faktlardan biri kimi qiymətləndirilir. Xüsusi qayğıya ehtiyacı olan bu insanların azadlığa buraxılması əhali və ictimaiyyət tərəfindən çox yüksək dəyərləndirilir. Əfv sərəncamlarının imzalanması dövlətin öz vətəndaşlarına verdiyi dəyərdir. Hər işdə bir xeyir olduğu deyilir. Həmin insanlar uzun illər dünyanı bürümüş bu virusun qorxusunu deyil, azadlığa çıxmalarının sevincini yaşayacaqlar. Əlbəttə o insanların sevinci bütün ictimaiyyətin sevincidir. Bu sevinci onlara, onların ailələrinə və ictimaiyyətə yaşatdıqlarına, bu humanist addımına görə Prezident İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk. 65 yaşdan yuxarı olan bu məhkumların ailələrində nəvələri var. Onların arasında 11 qadının olmasını və nənə-babaların nəvələrinə qovuşmaları görün nə qədər savab işdir. O nəvələr ölkə başçısının bu humanistliyini gələcək nəsillərə də çatdıracaqlar. Bu hadisəni heç vaxt unutmayacaqlar".

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
Səudiyyə Ərəbistanının Kralı və vəliəhdi Prezident İlham Əliyevə təbrik məktubu göndəriblər
26.05.2020
Dağlıq Qarabağda keçirilmiş saxta “seçkilər“lə bağlı BTM-nin Baş katibinə məktub ünvanlanıb
26.05.2020
Rumıniyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
26.05.2020
Türkiyə televiziyası Azərbaycanın 28 May Respublika Gününü təntənə ilə qeyd edəcək
25.05.2020
Elmar Məmmədyarovun Türkiyəli həmkarı ilə telefon danışığı olub

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Qiyməli pendirli yemək resepti -VİDEO
3 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
4 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
5 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info