“Biganə qalma”yan könüllü gənclər ailələrə yardım üçün səfərbər oldular
Tarix: 07.04.2020 | Saat: 17:31:00 | E-mail | Çapa göndər


Hədəf 2000 ailəyə ərzaq yardımı çatdırmaqdır

Bakıda bir qrup könüllü gənc ölkədə koronavirus (COVİD-19) infeksiyası səbəbi ilə evindən çıxa bilməyən və maddi baxımdan çətinliklə üzləşən ailələrə ərzaq ehtiyaclarını ödmək məqsədi ilə yardım aksiyasına start veriblər. Mart ayının 31-dən elan olunan xeyriyyə aksiyasının hesab nömrəsinə toplanan ianə ilə bu günə kimi artıq 900 dan çox ailəyə yardım çatdırılıb.
“Biganə qalma” adlı aksiya ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə, ölkə rəhbərliyinin çağırışlarına dəstək məqsədi ilə təşkil olunub. Ümumilikdə 20-30 gəncdən ibarət komanda ərzaq ehtiyatını çatdırdığı ailələrin sağlamlığını qorumaq məqsədi ilə gərəkli olan tədbirlərə də xüsusi nəzarət edir.
Təşkilatçıların verdiyi məlumata görə, aksiya başlamadan əvvəl online yaradılan yardım üçün ərizə forması ilə 7 gün ərzində 3000-ə yaxın müraciət daxil olub. Həmin ailələrlə əlaqə saxlanılıb, müəyyən suallar verilib. Bunun əsasında siyahı tərtib edilir və hazırlanan ərzaq sovqatı gündəlik olaraq 150-ə yaxın ailəyə çatdırılır və 7 gün ərzində 940 ailəyə ərzaq payı çatdırılıb. Hər günün hesabatı aksiyanın sosial şəbəkədəki səhifəsində ətraflı və şəffaf şəkildə paylaşılır. Aksiya Bakı və ətraf qəsəbələrlə yanaşı bölgələri də əhatə etməyə başlayıb. Təşkilatçılar yardım aksiyasının ianə toplandıqca baş tutacağını bildiriblər. Yardım aksiyasına qoşulmaq istəyən şəxslər aşağıda qeyd olunan hesab nömrəsinə yardım köçürə bilərlər. Aksiya barədə daha ətraflı və gündəlik hesabat xarakterli foto və videolarla tanış olmaq üçün Facebook və Instagram sosial şəbəkəsində yaradılan səhifədən izləmək mümkündür:
https://facebook.com/biganeqalma
https://instagram.com/biganeqalma

Qeyd edək ki, dünya miqyasında pandemiya elan olunan Koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə də yayılmasının qarşısının alınması məqsədilə dövət tərəfindən cari ilin aprelin 20-dək xüsusi karantin rejimi elan olunub. Karantin müddətində evdən çıxması qadağan olunan 65 yaşdan yuxarı tənha yaşayan şəxslər və bir qrup ailələr maddi çətinliklə üzləşib.
“Biganə qalma” aksiyasına yardım üçün hesab nömrəsi:
MilliÖn terminalı və ya MilliÖn mobil app vasitəsilə:

Bank xidmətləri - Kapital Bank
Kart nömrəsi: 4169733212602887 (Adil Abdullayev)

Veb saytdan ödəniş: https://www.million.az/attributes/KapitalBankKartaMedaxil
Kart növü Visa Classic

Card-to-card:
Kart nömrəsi: 4169733212602887
Alıcı: Adil Abdullayev




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
Çimərliklərdə koronavirusun profilaktikasına dair metodiki göstərişlər təsdiqlənib
26.05.2020
Rabitəbank Ramazan bayramında aztəmaninatlı tənha yaşayan ahılları sevindirdi
25.05.2020
Pandemiya Bakı sakinlərinin 44%-nin maddi durumuna təsir edib
24.05.2020
Ramazan bayramının qaydaları
24.05.2020
“Aşıq Şəmşir” Mədəniyyət Ocağından aztəminatlı ailələrə sovqat

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Qiyməli pendirli yemək resepti -VİDEO
3 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
4 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
5 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info