Masallıda 1400 nəfər insana ərzaq paylanıb
Tarix: 07.04.2020 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq, Masallı rayonunda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində davamlı olaraq sanitar-profilaktik tədbirlər həyata keçirilir, mobil qruplar tərəfindən maarifləndirmə işləri davam etdirilir. Rayon camaatı xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edir. Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatı, məsul işçilər respublika Operativ Qərargahının tələb və tövsiyələrinə tam riayət olunması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. İndiki sınaq günlərində Masallıda nümunə olacaq əsl sosial həmrəylik nümayış olunur. Əlbəttə, belə xeyirxah işə cəlb olunmaq istəyənlərin sayı günbəgün artır. Hamı istəyir ki, xeyirxahlıq eləsin, kiminsə əlindən tutsun. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə virusa yoluxma hallarına qarşı mübarizə məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq Masallı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Masallı Rayon Təşkilatı, Milli Məclisin yeni çeçilmiş deputatları - Məşhur Məmmədov və Anar İsgəndərov bundan əvvəlki günlərdə keçirilən ənənəvi humanitar aksiyanı davam etdirərək, növbəti dəfə bu gün, 7 aprel 2020-ci il tarixdə 1400 nəfər rayon sakinlərinə yardım aksiyasını davam etdiriblər. Qeyd edək ki, xeyriyyə kampaniyası koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejiminin qaydalarına əməl olunması və “Evdə qal!” çağrışının təmin olunması üçün təşkil olunub. Xəbər verdiyimiz kimi zəruru ərzaq yardımlarının paylanmasında Masallı RİH başçısı cənab Şahin Məmmədov şəxsən iştirak edib, göstərişlərini verib.
Belə ki, xeyirxah aksiya çərçivəsində Masallı şəhər, kənd və qəsəbələri üzrə müəyyən olunmuş siyahı əsasında aztəminatlı ailələrə və 65 yaşdan yuxarı tənha və imkansız şəxslərə tələbata uyğun bir neçə həftəlik müxtəlif ərzaq məhsullarından ibarət yardım sovqatları onların öz evlərindəı paylanıb. Aksiya zamanı həmçinin onlara yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı qorunmaları və evdə qalmaları barədə izahlar verilib. Ərzaq yardım alan vətəndaşlar karantin günlərində onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və aksiya nümayəndələrinə minnətdarlıqlarını bildiriblər.

Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxdu, 78 nəfər sağaldı, 1 nəfər öldü
26.05.2020
Bakıda bağ evlərinin icarə qiymətləri artacaq
25.05.2020
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıya ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalarla tanış olublar
25.05.2020
Şamaxının icra başçısı və İcra Hakimiyyətinin əməkdaşları karantinə alınıb
24.05.2020
Azərbaycanda daha 140 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Qiyməli pendirli yemək resepti -VİDEO
3 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
4 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
5 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info