KİV nümayəndələri tibbi maska istehsalı müəssisəsi ilə tanış olublar
Tarix: 07.04.2020 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


Aprelin 7-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə bir qrup KİV nümayəndəsi tibbi maska istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.
Media nümayəndələrinə məlumat verilib ki, “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılanmüəssisə Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilib və ona Sənaye Parkının rezidenti statusu verilib. Bu status müəssisəyə sənaye parklarına tətbiq edilən güzəştlərdən faydalanmağa imkan verir. İstehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 mln. manat güzəştli kredit verilib.
Bununla yanaşı, Sumqayıt Kimya Sənaye Parkının rezidenti "MST Engineering Services" MMC sosial məsuliyyətdən çıxış edərək, Sənaye Parkının ərazisində ona məxsus istehsal sahəsinin bir hissəsini tibbi maska istehsalı müəssisəsi üçün ayırıb. Tibbi maskaların qablaşdırılması üçün xüsusi qutular isə Balaxanı Sənaye Parkının rezidenti fərdi sahibkar Etibar Eminov tərəfindən istehsal edilir.
Tibbi maska istehsalı üçün Türkiyədən gətirilmiş müasir avadanlıq qısa müddətdə quraşdırılıb. Müəssisənin yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edir.
Müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb. İstehsal prosesi üç növbəlidir. Tibbi maskaların istehsalı müəssisəsində İSO 17050-1 standartlarına uyğun xammaldan birinci mərhələdə gündəlik 120 min tibbi maska istehsal ediləcək. Qeyd edək ki, maskalar qablaşdırmadan öncə xüsusi avadanlıqla əlavə sterilizasiya olunur.
Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələ çərçivəsində istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaqdır. Müəssisənin məhsulları ilkin olaraq, daxili bazarda tələbatı ödəməyə yönəldiləcək.




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdədir
26.05.2020
MDB ölkələrinin Baş nazirləri koronavirusa qarşı mübarizə tədbirlərini müzakirə edəcəklər
26.05.2020
Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevi təbrik edib
26.05.2020
XİN: Avropa İnsan Hüquqları Məhkəməsi Ramil Səfərovla bağlı Ermənistanın əsas niyyətini təmin etməyib
26.05.2020
ADU-nun Konfutsi İnstitutu həkimlərə dəstək layihəsi keçirir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Qiyməli pendirli yemək resepti -VİDEO
3 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
4 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
5 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info