Xüsusi karantin rejimi uzansa, birdəfəlik ödəmələr davam etdiriləcək
Tarix: 07.04.2020 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


Birdəfəlik müavinət bir ailəyə bir dəfə veriləcək. Ödəniş elektron qaydada həyata keçiriləcək. Xüsusi karantin rejimi uzansa, birdəfəlik ödəmələr davam etdiriləcək.
Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, dövlətin dəstəyi sosial cəhətdən həssas təbəqəyə yönəlib:
"Məqsəd odur ki, kənarda qalan ailələrə dəstək verək. Birdəfəlik ödəmə dövlətdən sosial ödəniş almayan şəxslər üçündür. Dövlətdən sosial ödəniş alan heç bir şəxs bu vəsaiti alan kontingentə düşmür”.

S.Babayev qeyd edib ki, son iki gündə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qeyri-ciddi məlumatlar paylaşılır. Şayiələr yayırlar ki, bu vəsait guya hər kəsə ödəniləcək. İnsanlar yalnız rəsmi məlumatlara inansınlar. Daxil olan müraciətləri araşdırdıqda müraciət edənlərin əksəriyyətinin işləyən, yaxud dövlətdən sosial ödəniş alan şəxslər olduğu məlum olur:
“Son iki gün ərzində nazirlik 10 minlərlə müraciəti emal edir. Onlara çox sürətli şəkildə cavab veriləcək. Bu vəsaiti almaq üçün şəxsin işsiz statusu olmalıdır. İşsiz şəxs ilk növbədə işsiz kimi qeydiyyatda durmalıdır. Bunun ilk yolu e-sosial portalında elektron qeydiyyatdan keçməkdir. Digər istiqamət elektron hökumət portalıdır. Lakin nəzərə alaq ki, elektron hökumət portalı vasitəsilə bütün tədbirlər həyata keçirilir, ona görə də sistemin yüklənməməsi üçün insanları ondan istifadə etməməyə çağırırıq. Onlar çağrı mərkəzlərinə zəng etməklə məşğulluq mərkəzlərinə müvafiq məlumatları təqdim edə bilərlər. Məşğulluq mərkəzləri də bu məlumatlar əsasında onun işsiz olub-olmadığını araşdıracaq”.




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
26.05.2020
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən açıqlama
26.05.2020
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb
25.05.2020
Azərbaycan Xalq Cümhuriyyəti – istiqlaliyyət dastanı!
25.05.2020
Yunanıstandakı soydaşlarımız Ramazan bayramını qeyd ediblər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Qiyməli pendirli yemək resepti -VİDEO
3 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
4 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
5 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info